BölmələrRU
Xidmətlər
 
Hamilələrdə düşük yarada bilər - Diş əti xəstəliklərinin fəsadları

Mütəxəssislər, iltihabi diş xəstəliklərinin bir çox xəstəliklərlə əlaqəsinin olduğunu və xroniki xəstəliyə səbəb ola biləcəyini açıqlayıblar.

Medicina.az xəbər verir ki, Altınbaş Universiteti Səhhət Xidmətləri mütəxəssisi Mutlu Keskinin sözlərinə görə, iltihabi diş əti xəstəlikləri həm bakterial səbəblər, həm də bakteriyanın yaratdığı digər ürək, diabet, nəfəs darlığı kimi xəstəliklərə yol aça bilər. Diş əti problemləri, hamilələrdə uşağın düşməsinə, zəhərlənməyə səbəb ola bilər. Diş əti xəstəliklərinin adətən gizli getdiyini bildirən Keskin, çox ağrı hiss etmədikləri üçün xəstələrin buna fikir vermədiyini qeyd edib: "Son həddə çatmayanadək xəstələr diş həkiminə geməkdən qaçır. Bu kimi vəziyyətlərdə xəstəlik irəliləyir”.

Mütəxəssis problemli diş ətinin formasından da danışıb: "Normadan artıq qırmızılıq, göyərməyə yaxın bir rəng və şişkinlik olan diş ətləri problemli sayılır. Dişləri fırçalayan zaman qanama varsa, bu, diş əti xəstəliyindən xəbər verir”.