- Dölü hipoksiyadan qoruyur, ananın gücünü və südünü artırırHamilələr üçün 20 faiz endirimlə ozonoterapiya

  • 2018.01.17 13:43
  • 27354 Baxış
 - Dölü hipoksiyadan qoruyur, ananın gücünü və südünü artırır Hamilələr üçün 20 faiz endirimlə ozonoterapiya
Müasir ekoloji mühitdə hamiləlik dövründə bətndəki dölün normal və kifayət qədər oksigen ilə təminatı demək olar ki, çətinləşib. Həkimlər hamilə qadınlara daha çox təmiz havada gəzməyi məsləhət görsə də, buna riayət edən azdır, ya da şəhər mühitində küçədə gəzməklə də çirklənmiş havadan başqa heç nə qəbul etmək olmur.


Məlumdur ki, dölün həyati vacib orqan və funksiyalarının, xüsusən beyninin inkişafı üçün oksigen və oksigenlə zəngin qan çox vacibdir. Oksigen çatışmazlığı nəticəsində döldə hipoksiya baş verir, beyin inkişafdan qalır, kəllədaxili təzyiq olur, beyin hüceyrələri ac qalır, bu da bətndə və doğumdan sonra ciddi problemlər yaradır. Həkimlər belə olan halda hamiləyə ozonoterapiya məsləhət görür. Hətta çox hallarda bu məcburi və mütləq tətbiq olunur. 


Medicina.az-ın əməkdaşı hamilələrdə ozonoterapiyaya hansı göstərişlərin olduğunu Bioloji Təbabət klinikasının həkim-ozonoterapevti Ülviyyə Hacıyeva ilə dəqiqləşdirib.


"Ozon qanın oksigenləşdirilməsidir. Hamilələrə daha çox lazımdır: çünki həm qadının, həm körpənin oksigenlə lazımi midarda təminatı vacibdir.

 


Ozonoterapiya təbii üsuldur: qan dövranını normallaşdırır, metobolizmi qaydaya salır, həm də orqanizmdən toksinlər çıxarılır.


Hamilə qadınların ozonoterapiya kursundan sonra əhvalı və iştahı düzəlir, yuxusu normallaşır, təngnəfəslik, oyanıqlıq azalır. Hamiləlik toksikozlarında çox gözəl effekt verir.

 



Bətndə döldə hipoksiya əlamətləri olarsa, dərhal ozonoterapiya vacibdir. Ozon dölün inkişafdan qalmasının qarşısını alır, ətraf mühitə adaptasiyanı gücləndirir. Hamiləlikdən sonra isə analarda laktasiyanı – südverməni gücləndirir. Bizim klinikada artıq pasiyentlərimiz də, özümüz də sübut etmişik ki, ozonoterapiya keçmiş anaların südü çox olur. 


Hamilə qadınlarda hamiləlik dövründə bölgəsəl piylənmə və sellülitin artmasına da ozonoterapiya əngəl ola bilir. Bir sözlə, ozon həm hamilənin, həm dölün sağlamlığına müsbət təsir edir. Ozon döl üçün heç bir təhlükə yaratmır, heç bir ziyanı yoxdur. 


Ozon ananın immunitetini gücləndirir ki, bu da hamiləlikdə virus infeksiyalarına qarşı dayanıqlığı artırır. 


Uşaqsalma, düşük təhlükəsi olan xanımlar üçün əvəzolunmazdır. Çünki ozon düşməyə səbəb olan dəyişiklikləri önləyir, plasentada qan dövranını artırır. 


Əgər hamilədə böyrək, qaraciyər, ürək-damar, xroniki xəstəliklər, onurğa və oynaqlarla bağlı narahatlıq varsa, ozonoterapiya məsləhətdir”. 


Bioloji Təbabət klinikasında 3 növ alman, italyan və BT üsulu ilə ozonoterapiya təklif olunur. 


Üsullar pasiyentin problemindən asılı olaraq dəyişilir. 


Birdəfəlik ampul və şprislərdən istifadə olunur, tam təhlükəsiz şəraitdə aparılır. Nəzərinizə çatdıraq ki, hazırda klinikada ozonoterapiyaya endirimlər elan olunub. 


İstər hamilələr, istər hamiləliyi planlaşdıranlar, bir kurs ozonoterapiya (5 seans) keçsələr, nəticələrindən heyrətə düşəcəklər. 

 - Dölü hipoksiyadan qoruyur, ananın gücünü və südünü artırır Hamilələr üçün 20 faiz endirimlə ozonoterapiya