Hamilə qadınlar nə üçün duza meyillidirlər?

  • 2017.12.01 16:56
  • 27020 Baxış
Hamilə qadınlar nə üçün duza meyillidirlər?
Keçmişdə duz çox bahalı idi. Duz pul kimi istifadə olunurdu, duz müharibələrin və çaxnaşmaların səbəbi olurdu.


Keçmiş əsrin 60-cı illərində duza "ağ ölüm" adını verdilər və bir çox xəstəliklərin taqsirkarı (hipertoniya, ürəyin işemik xəstəliyi, böyrək çatışmazlığı, piylənmə və s.) adlandırdılar.

 

Duzun həddən artıq qəbulu ziyandır. Lakin xörək duzunu qidalanmadan tam kənar etmək də düzgün deyil.

Duz (natrium xlorid) insanın orqanizminin normal fəaliyyəti üçün çox vacibdir. İnsan orqanizmi böyük kimya laboratoriyasıdır. Bu laboratoriyada daim müxtəlif kimyəvi reaksiyalar baş verir - maddələr parçalanın, birləşir, yeni maddələr əmələ gəlir və s. Bütün bu proseslər orqanizmin normal fəaliyyətini təmin edir.


Natrium bu reaksiyalarda fəal iştirak edir. Natrium ödün, qanın, mədəaltı vəzi şirəsinin, ana südünün tərkibinə daxildir. Natrium sinir impulslarının ötürülməsi, əzələlərin fəaliyyəti (o cümlədən ürək əzələsinin), nazik bağırsaqda bəzi maddələrin mənimsənilməsi, orqanizmin su-duz balansının tənzimlənməsi üçün çox vacibdir.


Xlor orqanizmdə yağların parçalanmasında iştirak edir, mədə şirəsinin hazırlanması üçün lazımdır, sinir sisteminin fəaliyyəti, sümüklərin böyüməsi üçün vacibdir.


Hamilə qadınlara natrium daha çox miqdarlarda tələb olunur. Məhz bu səbəbdən hamiləlik zamanı qadınların əksər hissəsi turşulara meyilli olur.

Adi xörək duzundan əlavə dəniz duzu da istifadə olunur. Dəniz duzunda natrium xloriddən əlavə kalium xlorid, maqnezium xlorid, kalsium sulfat, bor, yod, fosfor kimi maddələr var ki, bu səbəbdən dəniz duzu daha xeyirli sayılır.