BölmələrRU
Xidmətlər
 

Hamilə qadın bətnindəki əkizlərə görə gözünü qurban verdi - Nadir diaqnoz

Əkiz uşaqlara hamilə olan qadın, qəfildən ağır xəstəliyə tutulur və həyati risk edir. 37 yaşlı Cessika Bosmiller tibbdə qeyri-adi hadisə hesab olunan bu xəstəlyi ilə mübarizə və öz övladlarını dünyaya gətirmək üçün bütün mümkün vasitələrə al atmağı ilə xarici medianın gündəminə gəlib. Medicina.azxarici mətbuata istinadən bu qadının hekayətini təqdim edir:

Ötən il əkizlərə hamilə olan 37 yaşlı Cessika Bosmiller avtomobil idarə edərkən, qəfildən sağ gözünün tutulduğunu hiss edib. Görmənin pisləşməsini hamiləlikdə baş verən preklampsiya olduğunu düşünən qadın oftalmoloqa gedib. Həkim ona dəhşətli xəbəri verəndə qulaqlarına inanmır: qadına okulyar melanoma – gözün nadir xərçəngi diaqnozu qoyulur. Bu xəstəlik əslində, 55 yaşdan yuxarı insanlarda rast gəlinir.

Kimyaterapiya ilə şişin böyüməsinin qarşısını alıb, görməni az da olsa, müəyyən müddət qorumaq mümkün olsa da, xəstə hamilə olduğundan bun aimkan vermir. Belə olduqda qadının bircə yolu qalırdı: dərhal enukleasiya-gözün çıxarılması.

Daha bir risk plasenta ilə melanomanın dölə keçmə təhlükəsinin olmasında idi. Bunu təyin etmək üçünsə yalnız doğuşu gözləmək lazım gəlirdi. Cessika qərarını yubatmadan verir: gözü çıxarılsın.

O, 7 və 9 yaşlı uşaqlarına vəziyyəti belə izah edir:

"Ananın gözündə pis bir ağac bitib, onu kökündən çıxarmaq lazımdır. Ananız bir müddət pirat qulduru kimi gözü lentlə bağlı gəzəcək”.

Hamiləliyin 35-ci həftəsində əməliyyata qərar verilir. Həkimlər ağırlaşma olarsa, təcili keysər üsulu ilə əkizləri götürməyə də hazırlaşmışdılar.

Əməliyyat uğurlu alınır. Narkozdan ayılan kimi tək gözü ilə başının üstündə dayanıb qarnına yapışdırılmış aparatda döllərin ürək ritmini izləyən həkimi görür. Həkim bətndəki körpələrin vəziyyətinin yaxşı olduğunu bildirir. Güzgüdə özünə baxan qadının ərinə yazığı gəldiyini aşıq şəkildə ifadə edir: "O, buna necə baxacaq. Gör, yazıq nəyə məcbur oldu?”

Cessika 2 həftəlik güclü baş ağrılarına dözdükdən sonra ona protez göz yerləşdiriblər.

Hamiləlik sona kimi çatdırılıb və təbii doğuşla əkizlər dünyaya gəlib.

Şişi analiz edən həkimlər pasiyentə daha bir bəd xəbəri verir: bu xərçəngin ən ağır formasıdır, əgər vaxtında əməliyyat olunmasaydı, göz ətrafına metastaz verəcəkdi.

Plasentanın (ciftin) müayinəsi isə müsbət çıxdı: metastaz ciftə keçməyib. Lakin həkimlər Cessikanı 3 il ciddi nəzarətdə saxlayacaq: çünki digər orqanlara metastaz ehtimalı 50% var.

Cessika isə 4 uşağı və həyat yoldaşı ilə evində gündəlik qayğılarını yaşayır. O, çox optimistdir:

"Həkimlər 50% ehtimal deyir. Mən isə digər 50%-ə, şansıma inanıram”.