Gözləri ilə şəkil çəkir - Rəssamlıqda inqilab/VİDEO

  • 2017.12.04 10:59
  • 30460 Baxış
Gözləri ilə şəkil çəkir -  Rəssamlıqda inqilab/VİDEO
Argentinada Leandro Qranato adlı bir şəxs rəssamlıq tarixində inqilab etməyə hazırlaşır.


Bəlkə də, edib... Məsələ burasındır ki, Qranato rəsm əsərlərini çəkmək üçün nə əllərindən, nə də fırçadan istifadə edir. İnanılmaz da olsa, o, şəkilləri gözləri ilə çəkir.


Medicina.az Xəzərxəbər-ə istinadən məlumat verir ki, gözlərindən boya püskürən rəssam dəyəri azı on minlərlə dollar olan şəkillər çəkir. Bu qeyri-adi qabiliyyətini təsadüf nəticəsində üzə çıxardığını deyən rəssam gözləri ilə çəkdiyi şəkilləri sərgiyə çıxarmağa hazırlaşır.


O ki qaldı rəsm əsərinin çəkilməsi prosesinə, rəssam deyir ki, o, boyaq maddəsini burun boşluğundan göz çuxuruna doldurur və beləliklə, gözlərindən müxtəlif rəngli boya püskürə bilir. Qranato bu xüsusiyyətinə görə dünyada yeganə insan olduğunu düşünür.