- Dərini erkən qırışlardan necə qorumalı?Gözəlliyinizə gözəllik qatan bitkilər

  • 2017.06.07 13:07
  • 18077 Baxış
- Dərini erkən qırışlardan necə qorumalı? Gözəlliyinizə gözəllik qatan bitkilər
Qadınlar 25, kişilər isə əsasən 30 yaşdan sonra dəri ilə bağlı problemlər yaşayırlar. Xüsusən də bu yaşlardan sonra dəridə ilkin qırışlar yaranır, fərdə görə isə rəng solğunluğu və bu kimi problemlər yaşanmağa başlayır.

Dərini erkən qırışlardan qorumaq və dəriyə daxildən qulluq üçün istehlak olunan məhsulların siyahısını təqdim edirik.

NAR

Nar polifenol antioksidant baxımından zəngindir, dəridəki qan axınını tənzimləyir, qan dövranını yüksəldir. Gündə 1 stəkan nar suyu içmək və ya 1 ədəd nar yemək qırışları azaltdığı kimi, onların yaranmasının da qarşısını alır.

QARAGİLƏ

İçərisində kiçik dənələri olan çiyələk, böyürtkən, moruq, qaragilə kimi meyvələr C vitamini ilə zəngindir. Bu meyvələr dərinin quruluşunu inkişaf etdirir və dəri altında olan iltihablanmanın qarşısını alır.

QƏHVƏYİ DÜYÜ

Yüksək nisbətdə zülal və B vitamininə malikdir. Dərinin yaşlanmasına mane olur, hüceyrələrin yenilənməsinə və həzm sisteminin müntəzəm işləməsinə kömək edir.

QOZ

Omeqa 3 ilə zəngindir. Gündə təxminən 3-4 ədəd qoz yeyildiyi təqdirdə dərinin elastik olmasına və qırışların yaranmasını azaltmağa səbəb olur.

Qoz saçların gözəlliyi baxımından da 1 nömrəli ərzaq sayılır. Təzə qozun yaşıl qabıqlarından təxminən 10 ədəd qaynar suda məcun halına gətirib saçlarınız üçün istifadə edə bilərsiniz. Nəticədə parlaq saçlara sahib olduğunuzu görəcəksiz.

KAKAO

Kakao dərinizi olduqca nəm saxlayır. Xüsusilə də tünd şokolad mükəmməl antioksidant xüsusiyyəti olan flavanoid baxımından zəngindir. Dermotoloqların fikrincə 70% kakao ehtiva edən şokoladlar dəridəki şişkinliyə mane olur.

SU

Bədənimizin böyük bir qismini əhatə edən su orqanların gündəlik normal işləməsi və toksinlərin bədəndən atılması üçün çox önəmlidir. Dərini nəmləndirməklə yanaşı elastikliyini qoruyur, erkən qırışların yaranmasının qarşısını alır və yaşlanmanın təsirini gecikdirir. Sağlam bir fərd üçün ortalama tövsiyyə olunan su istehlakı qadınlarda təxminən 2,5 l, kişilərdə isə 3 l ətrafındadır.

Bakutibb