Gözəllik və sağlamlıq üçün 15 HİYLƏ - Nəticə inanılmazdır

  • 2019.01.14 13:53
  • 27712 Baxış
Gözəllik və sağlamlıq üçün 15 HİYLƏ -  Nəticə inanılmazdır
 

Xarici görünüşünüzü bəzi hiylələr işlədərək, çox pul xərcləmədən yaxşılaşdıra bilərsiniz.


Medicina.az bunun üçün 15 ipucu təqdim edir:


1. Parlaq və gözəl saçlar


Əgər saçlarınız yağlıdırsa, o zaman şampununuzun içərisinə 2-3 x/q dəniz duzu əlavə edərək saçlarınızı onunla yumağa davam edin.  


2. Gözəl qaşlar 


Əgər qaşlarınız və kirpikləriniz tökülür və gec uzanırsa, onda onlara hər axşam yatmazdan əvvəl gənəgərçək yağı, E vitamini və aloe vera gelindən hazırlanmış qarışıq çəkin.  


3. Gözaltı kölgələr 


Qəhvəni dəmləyin. Dəmin dibində qalan xıltı hind qozu yağı ilə qarışdırın və gözlərinizin altına çəkərək maska edin. 15 dəqiqədən sonra yuyun. 


Proseduru həftədə 4 dəfə etsəniz, göz altında olan qara kölgələrdən azad olarsınız. 


4. Hamar dəri 


2 x/q zəncəfil tozunu 2 x/q gil və 10 x/q isti su ilə qarışdırın. Alınan məhlulu qarın, çanaq, yanbız, qol və ayaqda olan problemli nahiyələrə çəkin. Daha sonra həmin hissələri polietilen plyonka ilə sarıyaraq 1 saat saxlayın. 


Plyonkanı açdıqdan sonra duş qəbul edin. 


5. Ayaqların depilyasiyası 


4/1 limonun şirəsini eyni miqdarda su ilə qarışdırın və 2 stəkan şəkər tozu əlavə edin. 


Qarışığı zəif odda qızılı rəng alana qədər qaynadın. 


Soyuduqdan sonra tüklü nahiyələrə çəkərək tüklərin əksi istiqamətində qəfil qoparın. 


6. Möhkəm və gözəl dırnaqlar 


Eyni miqdarda hind qozu yağı ilə balı qarışdıraraq bir neçə damcı lavanda yağı əlavə edin. 


Qarışığı boya şəklində dırnaqlarınıza çəkin. 


7. Çivzələr


1 ç/q un 1 ç/q bal və su ilə qarışdıraraq çivzə səpgilərinin üzərinə çəkib 10-15 dəqiqə saxlayın. 


8. Qaralmış qoltuq


Qoltuğu ağartmaq üçün kartofu soyun və qabığını qaralmış nahiyənin üzərinə qoyun. Yarım saat saxlayaraq yuyun. 


9. Günəşdə qaralma 


Çay sodasından zəif məhlul hazırlayaraq yanmış dərinin üzərinə yerləşdirin. 


10. Hamar daban 


Dabanın nəmlənməsi üçün soda və sirkədən hazırlanmış vanna qəbul edin. 


20 dəqiqə saxladıqdan sonra nəmləndirici krem çəkin. 


11. Üzün təmizlənməsi 


2 x/q aktivləşdirilmiş kömürü isti suda həll edilmiş 1.5 x/q jelatinlə bircinsli məhlul alınana qədər qarışdırın. Daha sonra zəif odda qızdıraraq üzünüzə çəkin.  30 dəqiqə saxladıqdan sonra yuyun. 


12. Ağappaq dişlər 


1 ədəd çiyələyi əzərək soda ilə qarışdırın. Daha sonra diş fırçasını ona batıraraq dişlərinizi sürtün. Bu proseduru ayda 2 dəfə həyata keçirin. 


13. Dərinin cavanlaşması 


Aloe vera bitkisinin gelini su ilə qarışdıraraq sprey qabına tökün. Daha sonra isə dərinizi təravətləndirmək üçün üzünüzə püsgürdün. 


14. Möhkəm sinə 


Axşam yatmazdan əvvəl sinənizə kokos yağı çəkin. 


15. Möhkəm yanbız


2 həftə boyunca hər gecə yanbızınıza vazelin çəkin. 


Arzu

Medicina.az