Gözəl və uzun dırnaqlara sahib olmaq üçün ÇOX SADƏ QARIŞIM

  • 2018.04.23 15:20
  • 22450 Baxış
Gözəl və uzun dırnaqlara sahib olmaq üçün  ÇOX SADƏ QARIŞIM
Dırnaqlardakı zəiflik və tez qırılmalar, üstünün bir qatının soyulması, hər hansı yerə dəyən kimi çartlaması orqanizmdəki protein əksikliyindən və müxtəlif xəstəliklərdən qaynaqlanır. 


Medicina.az xəbər verir ki, hər evdə olan bu ədviyyatla bu problemlərin qarşısını ala bilərsiniz.


Lazım olanlar:


5 damla su (Soyuq olmalıdır)


Yarım çay qaşığı nəmləndirici krem


Bir çay qaşığı üyüdülmüş qırmızı bibər


Bəs necə hazırlanır?


İlk olaraq su ilə qırmızı bibəri qarışdırın. Daha sonra kremi əlavə edib qatı həcmə gətirin. Hazırladığınız qarışımı dırnaqlarınızın iç hissəsinə çəkərək 10 dəqiqə  gözlədin. Daha sonra yuyun. Bu qarışımı gündə bir dəfə tətbiq etməlisiniz.