Gürcüstan məktəblərində çips və şokolad satışına qadağa - Uşaqlara alma paylanacaq

  • 2017.09.16 15:02
  • 15959 Baxış
Gürcüstan məktəblərində çips və şokolad satışına qadağa -  Uşaqlara alma paylanacaq
Yeni tədris ili Gürcüstanda məktəblilər və valideynlər üçün maraqlı yeniliklərlə başlayıb. 


Medicina.az xəbər verir ki, məktəb bufetlərində çips, qazlı şirəli içkilər, saqqız, şokolad, konfet, konsentrantlı qidaların satışına və istifadəsinə qadağa qoyulub. Həmçinin  yeməklərdə konserv, göbələk, mayonez və s. istifadəsi də qadağandır. Təhsil və elm naziri sağlam uşaqlar yetişdirmək ideyası ətrafında uzun müddət müzakirələr aparıldığını bildirərək, uşaqlara həftədə 1-2 dəfə alma paylanacağı barədə də göstəriş verib. 


Məktəb bufetində meyvələr və təmiz şirələr, kisel, kompot, tərəvəzlər, yoqurtlar olacaq. Təhsil naziri 20 dəqiqəlik böyük tənəffüs metodikasını da tətbiq edəcək. Bu tənəffüsdə uşaqlar meyvə yeyib, həyətdə açıq havada oynayacaq. 


Pediatrlar, valideynlər bu qərarın çox faydalı olacağını bildiriblər. 

Gürcüstan məktəblərində çips və şokolad satışına qadağa -  Uşaqlara alma paylanacaq