Günə bu sözlərə başlayın, xoşbəxt olun! – Psixoloq yazır

  • 2019.03.04 14:36
  • 9763 Baxış
Günə bu sözlərə başlayın, xoşbəxt olun! –  Psixoloq yazır

Şükranlıq sevgi və sevinclə bağlı olan bir hissdir. "Minnətdarlıq çox vacibdir" deyən kimi hər kəs "Mən həmişə şükür edirəm" deyə tələsik cavab alırıq. Lakin həqiqi şükranlıq dillə, ağılla yox, ürəklə, hisslə edilir. Dilimiz şükr etdiyi halda, əməldə bunun əksi olur, ürəyimiz əks hisslər yaşayır. Şükranlıq, təşəkkür, minnətdarlıq  kainatın güclü pozitiv enerjiləridir.

 

Minnətdarlıq özü ilə sevgi və sevinc gətirir. Belə bir təcrübə edək. Ağlımızı ürəyimizə endirək və sevgi hissi ilə təşəkkür edək. Hər şeyə görə - qar yağdığına, günəş çıxdığına, tozanağa, üstümə hürən itə, üstümüzü isladan avtomobilə və hər şeyə görə. Həmin anda sevinc hiss edəcəksiz. Sevinc hissi insanı fərəhləndirir, sevgi ilə doldurur, güclü enerji və təkan verir.

 

Biz bədən şüurula, yalnız fiziki üzvlərimizlə qavrayırıq, bu aspektdə də mülahizələr yürüdürük. İlkin olaraq belə bir sual yaranır: biri məni itələyib keçirsə, ona necə minnətdar olum? 

 

Kvant sahəsində, yəni boşluq dediyimiz alanda, enerjidə, hələ proqram şəklində olan və bizim xəbərsiz olduğumuz hadisələr var. Biz itələnərkən fikirli ola bilər, yıxıla, əzilə bilərik.  İtələndikdə isə dalğınlıqdan çıxır, həmin şəxsə hirslənirik. Amma bir qədər sonra irəlidə çala olduğunu görürük. Əgər zərblə dəyib fikirdən ayırmasaydılar, o çalaya düşə bilərdik. Lakin həmin an bizi xəbərdar edən şəxsə minnətdar olmaq ağlımıza gəlmir. Bununla da bizə gələn sevgi enerjisini nəinki qəbul edirik, əksinə onu geri qaytarırıq.

 

Beləliklə də bir daha sübut olunur ki, yaxşı bir şeyin artmağını istəyiriksə, şükr etməliyik. Pis bir şeyin qarşısını almaq istəyiriksə, şükran olmalıyıq. Şükür və minnətdarlıq neqativi əridir, pozitivi gücləndirir. 

 

Kvant nəzəriyyəsinə görə, kainatda hər bir şey çanlıdır və şüurludur. Bunlar artıq tədqiqatlarla sübut olunur. Son elmi araşdırmalara görə, hisslər DNK-nı dəyişir. Bir az da sadələşdirsək, yəni bütün proqramımızı dəyişdirir. Elə isə əgər sabah yuxudan duranda gülümsəyərək, şükr etsək, hisslərimizi dilimizə gətirsək, günümüzün uğurlu proqramını yazacağıq.

 

Şükranlıq-təşəkkür-minnətdarlıq. İlk baxışdan eyni məna daşıyan bu sözlərin hər birinin öz energetik gücü, əhatə dairəsi və təsir imkanları var. "Təşəkkür" daha rəsmi və qarşı tərəfin hər hansı bir hərəkətinə cavab olaraq bildirilir. Enerji birtərəfli axır, bədən şüurunun məhsuludur. Tərəfləri bir-birinə bağlamır. "Minnətdarlıq" insan üçün edlən bir şey üçün özünü minnətli, borclu bilmək, onun qarşılığını vermək istəmək kimi bir anlam daşıyır. Tərəfləri bir-birinə bağlayır. Enerji axını ikitərəflidir. "Şükranlıq" hər şeyə görə şükürdür, qarşındakı obyektin sənə necə yanaşmasından asılı olmayaraq, nə isə baş verməsindən asılı olmayaraq.

 

"Çox sağ ol" isə sadəliyi ilə bütün yuxarıdaki 3 sözün fəlsəfi-energetik-psixoloji yükünü daşıyır. Sağ olmaq, var olmaqdır. Var olmaq isə ruh-enerji halında, kvant sahəsində olmaqdır.