BölmələrRU
Xidmətlər
 

Günə 2 ədəd mixək sizi xilas edəcək – Amerika həkimləri də məsləhət görür

ABŞ-ın Ayurveda Mərkəzinin son araşdırmasından sonra mütəxəssislər amerikalılara da gündə 2 baş mixək çeynəyib yeməyi məsləhət görür. 
Şərqdə çoxdan adət halını almış mixək çeynəmək  çox xəstəliklərə dərmandır.

Medicina.az xəbər verir ki, artıq tibb tərəfindən sübut olunub ki, hər yeməkdən sonra mixək çeynəmək köp, qəbizliyin qarşısını alır, mədə qıcqırmasını saxlayır, həzmi yaxşılaşdırır. 

Bundan əlavə mixək göbələk, mikrob, infeksiya əleyhinə də təsir göstərir. 
Səhər acqarına mixək qatılmış su içmək mədə ağrısı və qıcqırmasını saxlayır. 

Isti suda dəmlənmiş mixək içmək kökəlmənin, piylənmənin qarşısını alacaq. 
Əgər dişiniz, ya oynaqlar, ya hər hansı nahiyə ağrıyırsa, mixəyi əzib həmin yerə qoymaqla, ağrını azalda bilərsiz.