Gündə neçə yumurta yemək faydalıdır?

  • 2018.04.13 10:50
  • 18551 Baxış
Gündə neçə yumurta yemək faydalıdır?
Yumurta insan orqanizmi üçün faydalı qidalardandır.


Medicina.az xəbər verir ki, tərkibində zülallar, A, B qrupu, D vitamini ilə zəngindir, onun tərkibində beyin üçün xüsusilə faydalı olan xolin və lesitin maddələri, vacib minerallar mövcuddur.


Əvvəllər belə hesab olunurdu ki, yumurtanın istehlakı qanda xolesterinin səviyyəsini qaldırır. Lakin araşdırmalar göstərib ki, əksinə olaraq yumurtanın istehlakı pis xolesterinin səviyyəsini aşağı salır ki, bu da infarkt və insultun riskini azaldır.

 


Diyetoloqlar gün ərzində 1-2 yumurta, həftə ərzində isə 10 yumurtanın yeyə biləcəyinin mümkün olduğunu bildiriblər. Ən faydalı yumurtanın 3-5 dəqiqə ərzində bişirilmiş yumurta olduğunu vurğulayıblar.