BölmələrRU
Xidmətlər
 

Gündə bir kişiylə yatan qadınlar əxlaqsız deyil - Seksdən doymayanların xəstəliyi

Cəmiyyətdə "əxlaqsız qadınlar” kimi səciyyələndirilən bir çox qadınlar var ki, onlar müxtəlif partnyorlarla cinsi əlaqədə olmaqdan zövq alır, buna görə fahişələr kimi pul almırlar. Sadəcə olaraq seksdən doymurlar və partnyorlarını tez-tez dəyişirlər. İnsanlar onları əxlaqsız adlandırır, bunun "nimfomaniya” adlanan patologiya olduğunu bilmirlər.  

Medicina.az yalnız qadınlarda yaşanan "cinsi əlaqədən doymama” halının tibbi tərəfini araşdırıb.   

Nimfomaniya qadınlarda həddindən artıq cinsi əlaqə hərisliyi, hipersekssuallıqla özünü biruzə verən patoloji hal, yaxud xəstəlikdir. Bu haldan əziyyət çəkən qadınlar nimfomanlar adlanırlar. Nimfomanlarda hədsiz, idarəolunmaz dərəcədə müxtəlif partnyorlarla cinsi əlaqəyə girmək hərisliyi mövcud olur. Nimfomaniyadan əziyyət çəkən qadınlar üçün cinsi əlaqəyə girəcəkləri şəxsin yaşı, sosial durumu, xarici görünüşü, hətta cinsi bir əhəmiyyət daşımır. 

Nimfomaniyadan əziyyət çəkən gənc qadınlar bir qayda olaraq öz vəziyyətləri barədə kiminləsə danışmağa utanırlar. Belə qadınlar yalnız bu hal onlara narahatlıq verdiyi təqdirdə həkimə müraciət edirlər. 

Nimfomatiklər sosial həyatda bir çox çətinliklərlə üzləşirlər: onlar ailələrini, işlərini, dostlarını, hətta sosial statuslarını itirmək təhlükəsi yaşayırlar. Belə qadınlar tez-tez depressiya düşür və hətta onlarda sui-qəsd fikirləri yaranır. 

Əgər sizi yüksələn libido narahat edirsə, o zaman fikirlərinizi seksdən başqa istiqamətlərə yönəltməyə çalışın: 

İş keyfiyyətinizi artırın
Trenajor zalında idmanla məşğul olun
Otlardan dəmlənmiş çaylar için 
Cinsi həvəsi artıran qidalardan uzaq durun. Bu qidalara dəniz məhsulları, pendir, şokolad, kərəviz, qoz və s. aiddir.

Əgər bütün bunlar kömək etmirsə, o zaman seksoloqa müraciət edin. Bu zaman narahatlığın səbəbi aşkarlanacaq və müvafiq müalicə metodu təyin ediləcək.

Medicina.az