Gün eynəklərini də həkim təyin etməlidir – Millət vəkili yeni qadağadan danışdı

  • 2018.06.06 17:01
  • 8856 Baxış
Gün eynəklərini də həkim təyin etməlidir –  Millət vəkili yeni qadağadan danışdı
Azərbaycanda eynəklərin satışı və istifadəsi barədə yeni qanun müzakirəyə çıxarılacaq.

 



Medicina.az xəbər verir ki, bu barədə oxu.az-a Milli Məclisin Səhiyyə komitəsinin üzvü Musa Quliyev danışıb:


" Söhbət nəinki gün eynəklərindən, həmçinin optik eynəklərin keyfiyyətindən, onların xəstənin yaşı və gözünə uyğunluğundan, ölçüsündən gedir. Bu məsələ illərdir müzakirə olunur, artıq qanunvericiliklə nizamlanması vaxtı yetişdi.


Yayda hamı gündən qorunma eynəkləri taxır. Amma insanlar bilmir ki, o eynək onun gözünə ziyandır, ya yox. Gün eynəklərini də optic eynəklər kimi həkim məsləhəti ilə almaq lazımdır. Gün eynəkləri harda oldu satmaq olmaz. Naməlum mənşəli, keyfiyyətsiz gün eynəkləri sağlamlığa ziyandır. Ölkəyə bu eynəkləri gətirib satışını edən şəxslər müəyyən kurslar keçməli, sertifikata sahib olmalıdırlar. Bütün bunlar Milli Məclisdə müzakirə olunub, qanunda əksini tapacaq”

Gün eynəklərini də həkim təyin etməlidir –  Millət vəkili yeni qadağadan danışdı