Gülə bilməyən kişi özünə bənzər qadın tapıb nişanlandı – Mebius sindromu

  • 2018.11.17 17:50
  • 10515 Baxış
Gülə bilməyən kişi özünə bənzər qadın tapıb nişanlandı –  Mebius sindromu
45 yaşlı britaniyalı Aleks Barker dünyada nadir sindrom olan Mebiusdan əziyyət çəkir. Üz sinirinin iflicinin bir növü olan bu sindromda insanın üz mimikası dəyişmir, gülə bilmir. Bundan əlavə insan sovurmaq, udmaq, danışmaq kimi anatomik anomaliyalar yaşadır.


Medicina.az xəbər verir ki, bütün dünyada cəmi 1000 nəfər bu xəstəliyə tutulub. Barker bu xəstəliyi ilə normal sağlam qadınla tanış olub ailə qura bilməyəcəyini bilirdi. Ona görə o,tanışlıq saytında özü ilə eyni xəstəliyi daşıyan Erin Smit ilə tanış olur. 3 görüşdən sonra onlar nişanlanıb. Həkimlərlə məsləhətləşərək, gələcəkdə bu problemdən əziyyət çəkməyən bir uşaq sahibi ola biləcəklərini öyrəniblər. 


Barker etiraf edir ki, nişanlısının üzündə emosiya, mimika olmadığına görə, onun reaksiyasını asanlıqla tuta bilmir. " Əgər Erin bir sözdən, hadisədən xoşbəxtdirsə, başını buxağına sıxıb, UUUU deyir”. 

 

Gülə bilməyən kişi özünə bənzər qadın tapıb nişanlandı –  Mebius sindromu