Goranboyda qadın maşında uşaq dünyaya gətirdi

  • 2019.03.22 10:07
  • 5600 Baxış
Goranboyda qadın maşında uşaq dünyaya gətirdi
 


Goranboy sakini avtomobildə uşaq dünyaya gətirib.


Hadisə Səmədabad-Goranboy avtomobil yolunda baş verib. 1990-cı il təvəllüdlü Səmədabad kənd sakini Fərqanə Fizuli qızı Ələkbərova doğuş sancıları səbəbi ilə təcili tibbi yardım çağırıb. Tibbi briqadanın gəlişini gözləmədən yaxınları hamilə qadını "VAZ 21015” markalı maşınla kənd yolundan avtomagistrala çıxarmaq istəyib. Gənc ana uşağı avtomobildə dünyaya gətirib.


Ana və yeni doğulmuş oğlu təcili tibbi yardım avtomobili ilə rayon xəstəxanasına çatdırıb. Hazırda onların vəziyyəti  normaldır. (ONA)