Gənələr oyanır, dişləməsi çox qorxuludur – Necə qorunmalı?

  • 2018.04.17 17:48
  • 54870 Baxış
Gənələr oyanır, dişləməsi çox qorxuludur –  Necə qorunmalı?

Gənələr oyanır, dişləməsi çox qorxuludur – Necə qorunmalı?

Yaz-yayın başlanğıcı gənələrin oyandığı və "hücuma” keçdiyi mövsümdür. Münbit hava və iqlim olduqda onlar bir yerdən digərinə keçib yayılır. Gənələr üçün ideal hava 18-20 dərəcə və 80% nisbi rütibətdir. Azərbaycanın çox ərazisi də gənələrin yaşaması üçün münbitdir. 


Qızmar yay istisini gənələr sevmir, qızmar istilərdə meşələrdə gizlənir. 

Gənə ilə xəstələnmə may-iyun və sentyabr ayında pik həddə çatır. Daha çox meşədə, çöldə, şəhər parklarında, bağlarda kök salan gənələr evə də keçir. 

Gənənin yaratdığı xəstəlik gənə ensefaliti adlanan virusdur. Elə regionlar var ki, bu virusun endemik mərkəzidir. 


By virusdan qorunmağın birinci yolu peyvənddir. Onu da qışın sonu edirlər. Əgər peyvənd olmayıbsa, o zaman maksimum qorunmaq  lazımdır. 

Qorunma vasitəsi kimi repellent çəkmək lazımdır. Onu dərinin açıq sahələrinə çəkib, gənələri yaxın qoymacaqsız. Xüsusən bina evində yaşayan, şəhərdə böyümüş insan rütubətli yerə istirahətə və ya meçəyə gedirsə, orda qalacaqsa, bu vasitələrdən mütləq çəkməlidir. Akarisid vasitəsi də vardır ki, onu yalnız geyimlərə vururlar. 


Meşə, göl, rütubətli yerə gedəndə uzunqol geyinin, bədənin çox az sahəsi açıqda qalmalıdır. Geyim açıq rəngdə olmalıdır, bu geyimdə gənə asanlıqla görülür. 


Gənənin ən sevimli nahiyəsi – qulaqlar, qolaltı, qarındır. Bədəndə nisbətən nazik dəri qatı harda varsa, gənə ora yapışır. 

Əgər bağınız endemik regiondadırsa, orda gənə görmüsüzsə, deməli, gənə dişləməsinə məruz qalacaqsız. Bağı və evin ətrafını akarisid preparatları ilə dezinfeksiya edin. 


Gənəni dəridən necə qoparmalı?

Hazırda apteklərdə xüsusi qələmlər və gənə çıxaran vasitələr var. Və bağı olan hər insanın ev apteçkasında olmalıdır. Ən sadə üsulu isə sapı gənənin ətrafına dolayıb, ipin uclarını fırlatmaqla gənəni dəridən qoparmaqdır. 


Dəridən qoparılan gənə mütləq laboratoriyaya aparılmalıdır.

Çünki gənə nəinki ensefalit, digər infeksion xəstəliklər, Laym xəstəliyi törədir, ürək-damar və sinir sistemini zədələyə bilir. Gənənin infeksiya törədəcisi olub-olmadığını dəqiqləşdirmək üçün laborator analiz vacibdir. Analizin cavabına əsasən xəstəyə immuniqlobulin preparatları təyin edilir. Preparat gənə dişləməsindən sonrakı 90 saatda mütləq vurulmalıdır. 


Çox zaman sizi gənə dişləməsə də hiss etmirsiz. O zaman gənə infeksiyalaşmış deyil. O, dəriyə yapışıb, qanı içib, özü də çıxıb gedir. Gənə dişləməsi yerində yüngül qızartı və dairəvi qızartı yaranır. 

Əgər infeksiya keçirsə, simtomlar özünü 1 həftə sonra göstərə bilər. Gənə dişləməsindən nə qədər çox vaxt keçirsə, müalicə prosesi bir o qədər uzun keçir.