Gəncənin Səhiyyə İdarəsinə yeni rəis TƏYİNATI

  • 2018.10.18 14:05
  • 6343 Baxış
Gəncənin Səhiyyə İdarəsinə yeni rəis  TƏYİNATI
Gəncə Şəhər Səhiyyə İdarəsinə yeni rəis təyin edilib.


Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova Medicina.az-a bildirib ki, Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi Bəxtiyar Haqverdiyev öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.


Bu vəzifəyə Abbas Səhhət adına 1 nömrəli Gəncə şəhər xəstəxanasının baş həkimi Nazim Məmməd oğlu Əhmədov təyin edilib.