Gəncədə iki xəstəxanaya yeni baş həkim TƏYİN OLUNDU

  • 2019.02.18 10:25
  • 6130 Baxış
Gəncədə iki xəstəxanaya yeni baş həkim  TƏYİN OLUNDU
 


Gəncə şəhərində 1 və 3 nömrəli xəstəxanaların baş həkimləri dəyişib.


Medicina.az Report-a istinadən xəbər verir ki, müvafiq əmrlə Gəncə şəhər 3 nömrəli Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Azad Quliyev tutduğu vəzifədən azad edilib. 


O, Gəncə şəhər 1 nömrəli Abbas Səhhət adına Xəstəxananın baş həkimi təyin olunub.


Gəncə şəhər 3 nömrəli Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi vəzifəsi isə həmin xəstəxanada cərrah-həkim işləyən Qafar İbrahimova həvalə olunub.