BölmələrRU
Xidmətlər
 

“Gəlin, Tibb Universitetini diskotekaya çevirək” - Millət vəkilindən ATU-ya tənqid

Millət vəkili Fazil Mustafa Tibb Universitetini sərt şəkildə tənqid edib.

Medicina.az Bizimyol.info-a istinadən  xəbər verir ki, millət vəkili canlı yayın vasitəsilə izləyicilərin sualını cavablandırarkən Tibb Universitetini diskotekaya çevirmək lazım olduğunu bildirib:
 
"Biz bu məsələni dəfələrlə qaldırırıq ki, niyə əhalimiz xaricə, İrana, Türkiyəyə, İsrailə getməlidir, niyə xaricdə müalicə olunmalıdır? Hətta mən bu yaxında Milli Məclisdə məsələ qaldırdım ki, gəlin tibb universitetini diskotekaya çevirək. Çünki 1200 nəfər rezidenturaya sənəd verən tələbən 500-ü kəsilərək 40 baldan az nəticə göstərib.
 
Bir universitet ki, 500 nəfər rezidenturaya ixtisaslı həkim yetişdirə bilmirsə, bu universiteti niyə açırsınız? Çağırın xaricdən gəlsinlər, normal bir tibb sistemi quraq, mütəxəsislər yetişdirək ki, vətəndaşı sağalda bilsinlər, öldürməsinlər”.