bu qidaları yeyin! - Həm tox olun, həm də sağlamGecə qarnının qurultusundan yata bilməyənlər üçün:

  • 2019.02.07 00:58
  • 15261 Baxış
bu qidaları yeyin! - Həm tox olun, həm də sağlam Gecə qarnının qurultusundan yata bilməyənlər üçün:
 


Gecə yemək sağlamlıq üçün təhlükə yarada bilər. Amma bəzi qidalar var ki, onları gecə yedikdə belə heç bir narahatlığa səbəb olmur. 


Medicina.az həmin qadaları sizə təqdim edir: 


Pendir


Elm adamları gecə ac yatmağın həddən artıq çox yemək qədər zərəli olduğunu bildirirlər. Buna görə də gecə insanı narahat etməyəcək qidalardan istifadə etmək olar. Məsələn, həzmi çətin olmayan bir pendir növü seçə bilərsiniz. 


Qatıq 


Diyetoloqlara görə, qatıq süzməsi gecə yemək üçün ideal bir qidadır. Tərkibində yağ azdır, amma bol miqdarda zülal var. Zülal həm də gecə boyu orqanizmin kalori yandırmasına səbəb olacaq. 


Yumurta 


Qaynadılmış yumurta gecə yeyilə bilər. Bu qida həm də səhərə qədər sizi tox tutacaq. 


Partlamış qarğıdalı 


Diyetoloqlar gecə yemək yeməyi sevənlərə duzsuz qarğıdalı yeməyi məsləhət görürlər. 


Kraker 


Tam taxıllı krakerlər yuxuya mane olmur. Lakin bu qidadan çox miqdarda istifadə etmək məsləhət deyil. Tərkibində olan karbohidrat sayəsində bir müddət tox qalacaqsınız.


Banan 


Bu meyvə çox sürətlə həzm olunmasına baxmayaraq insanı tox saxlayır.  Onun tərkibində olan kalium və maqnezium yuxunun keyfiyyətini artırır. 


Bir stəkan albalı şirəsi 


Gecə təbii albalı şirəsi içsəniz daha dərin və rahat yatacaqsınız. 


Tərəvəzlər 


Gecə nə isə yemək istəsəniz, onda ən yaxşı seçim tərəvəz ola bilər. Yaxşı olardı ki, yaşıl tərəvəzlərdən istifadə edəsiniz. Çünki onların tərkibində insanı  tox tutan lif mövcuddur. 


Arzu

Medicina.az