Fibroz-kistoz mastopatiya – Əməliyyatsız müalicə mümkündür

  • 2018.06.23 21:02
  • 176289 Baxış
Fibroz-kistoz mastopatiya –  Əməliyyatsız müalicə mümkündür
Süd vəziləri insan bədəninin ən mürəkkəb, tez-tez dəyişikliyə uğrayan, hormonlardan asılı olan və çox fəsadlara yol açan mürəkkəb orqanıdır. Demək olar ki, süd vəziləri heç vaxt sakit dayanmır, hər an nəyəsə qarşı həssaslıq nümayiş etdirir.


Qadının intim, emosional, seksual vəziyyətindən asılı olaraq süd vəzilərində displastik proseslər baş verir, daha çox mastopatiya və fibroz-kistoz mastopatiya patologiyaları yaranır.


Mastopatiya və fibroz-kistoz mastopatiya – süd vəzilərinin xoşxassəli dəyişikliyidir. 


Yaranma səbəbləri o qədər çoxdur ki, artıq həkimlər bunu araşdırmağa lüzum görmür. 


-Stress, əsəb, gərginlik, ailə vəziyyəti, konfliktlər, işdə vəziyyət

-Seksual intim faktorlar

-Reproduktiv faktorlar – hamiləlik, doğum, abort, südvermə, qorunma, menstruasiya pozğunluğu

-Ginekoloji xəstəliklər

-Endokrin pozulmalar – qalxanvari vəzin istənilən disfunksiyası, şəkərli diabet

-Qaraciyərin patoloji xəstəlikləri

-Genetik irsi səbəblər

Çox zaman bir qadında bu səbəblərin 3-4-ü birləşir. O zaman süd vəzilərinin ideal sağlam olmasından söhbət gedə bilməz.


Mastopatiyadan şübhələndirən əlamətlər:


-Süd vəzilərində bərkimə, ağrı, istilik

-Ölçüdə böyüməsi, şişkinlik

-Gilədən mayenin gəlməsi


Ağrı kürək, qolaltı və çiyinə yayılır. Daha çox menstruasiya başlayanda artır. Eyni zamanda baş ağrısı, üz və ayaqların şişkinliyi, ürəkbulanma, meteorizm şikayətləri də ola bilər. Bu sindrom qadınlarda stres, depressiya, aqressivlik, küskünlük də yaradır. 

Çox zaman süd vəzilərində olan ağrı ostexondroz, radikulit, nevrit, nevralgiya ağrıları ilə səhv salına bilər. 

 



Fibroz-kistoz xəstəliyin formaları


-Ən sadə, xoş forması vəzinin toxumasının şişkinliyidir

-Fibroz komponentin yaranması – axarların yığılması, daralması, birləşdirici toxuma və bağların böyüməsi, onların toxumanı sıxması

-Kistoz komponent – bir necə kistanın olması, onların süd vəzi toxumasından seçilməsi, aydın hiss olunması

-Qarışıq forma – həm fibroz, həm kistaların olması


Ən yüngül forması düyünlü mastopatiyadır. Bu formada bir neçə düyünün olması – adenoma və ya fibroadenoma xarakterikdir .


Fibroadenoma – süd vəzilərinin ən çox rast gəlinən xoşxasəlli şişidir. 20-45 yaşda hər bir qadında rast gəlinə bilər. Hətta proses yeniyetmə dövründən başlaya bilər. Ən böyük ölçüsü 12-15 sm-dir. Xoşxassəli şişin bədxassəliyə çevrilməsi 1-2 faiz hallarda mümkündür.


Əgər gilələrdən axıntı, şəffaf və ya qanlı maye gələrsə, o zaman həkim-mammoloqun qəbuluna tələsmək lazımdır.


Müayinə:


-Həkim əllə palpasiya  edəcək

-Daha sonra USM müayinədə süd vəziləri və limfalar yoxlanacaq

-45 yaşdan yuxarı xanımlara mammoqrafiya təyin olunacaq

-Qanın ümumi, hormonal analizi veriləcək

-Böyük kistlərin punksiyası aparılıb, mayenin sitoloji analizi götürüləcək


Müalicə mastopatiyanın növündən, ağırlığından asılı olaraq hər xəstəyə fərdi təyin olunur. Lazım gələrsə qadın nevroloq, endokrinoloq, ginekoloq müayinəsi və müalicəsi alacaq. əgər həkim nədənsə şübhələnərsə, biopsiya materialı götürüləcək.


Bəzi hallarda cərrah onkoloqlar fibroadenomalar, kistlərin kəsilib götürülməsini icra edir. Bu, adenomalardan, ağrıdan xilas üçün ən qısa yol ola bilər. Amma əməliyyatdan sorna süd vəzilərində eyni patologiyanın yaranmamasına heç kim zəmanət verə bilməz.



Süd vəzilərinin yoxlanması, USM və qan analizləri, onkomarkerlərin verilməsi və hormonal balansın tənzimlənməsi, gələcək fəsadların qarşısının alınması, orqanizmin toksinlərdən təmizlənməsi, təbii tərkibli preparatlarla fibroz-kistos mastopatiyanın müalicəsi üçün Bioloji təbanət klinikasının həkim onkoloqu Rəna Niftəliyevaya müraciət edə bilərsiz. O sizə ən düzgün müayinə-müalicə yolunu, ən əsassız əməliyyatsız çıxış yolunu göstərəcək. 



Əlaqə:


Tel.: (+994 12) 430 89 89

Mob.: (+994 50) / (+994 55) / (+994 70) 430 89 89

Ünvan: 3 mkr., Pişəvəri 110 (Cavadxan küç 24), M. Əcəmi m.st. yaxınlığında

 

Fibroz-kistoz mastopatiya –  Əməliyyatsız müalicə mümkündür
Fibroz-kistoz mastopatiya –  Əməliyyatsız müalicə mümkündür