Fazil Məmmədov infarkt olub? - ÖZÜ DANIŞDI

  • 2018.04.06 14:07
  • 14951 Baxış
Fazil Məmmədov infarkt olub? -  ÖZÜ DANIŞDI
Sabiq vergilər naziri Fazil Məmmədov infarkt keçirməsi və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.


Medicina.az xəbər xəbər verir ki, bizimyolinfo-ya açıqlama verən nazir məlumatın yalan olduğunu bidirib. "Bunlar əsassız, yalan, uydurma məlumatdır. Mən infarkt keçirməmişəm. Səhhətim normaldır. Belə məlumatlar hardan, kim tərəfindən ötürülür, bilmirəm. Bununla neçənci dəfədir haqqımda yalan informasiya yayılır, bəsdirin artıq”.


Qeyd edək ki, yayılan xəbərlərdə bildirilirdi ki, sabiq nazirin qəfildən ürəyi tutub və o Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.