Əziyyətli və düzgün olmayan MƏŞHUR PƏHRİZLƏR

  • 2017.12.11 14:07
  • 33592 Baxış
Əziyyətli və düzgün olmayan  MƏŞHUR PƏHRİZLƏR
Arıqlamaq istəyənlər daha çox pəhriz növlərinə üstünlük verirlər. Mütəxəssislər isə bəzi dieta növlərinin səhhət üçün təhlükəli olduğunu açıqlayıblar.


Medicina.az sözügedən həmin pəhrizləri təqdim edir:


Çiy qida pəhrizi: Əksər dietoloqlar qidalar yerinə, daha çox meyvə və tərəvəz yeyilməsinin faydalı olduğunu, bişirilmiş yeməklərin isə zərər verdiyini düşünürlər. Bişmiş qida yeməyinin doğru olmadığını düşünənlər, istinin tərəvəzlərin tərkibindəki vitaminləri öldürdüyünü bildirirlər. Bu bəzi vəziyyətlərdə doğru olsa da, tərəvəzləri bişirməyin bəzən də qida dəyərini artırıb, zərərli bakteriyaları öldürdüyü barədə də məlumat verilir. Bu səbəbdən tam çiy qidaları yeməmək daha çox tövsiyə edilir.


Alkali pəhriz: Vücudunuzun PH səviyyəsini yüksəltmək məqsədi ilə həyatınızdan kafein, alkol və tərkibində süni maddələr olan hər növ qidalar və içkidən imtina etməlisiniz. Bu tip pəhrizlər yaxşı qidalanmaq baxımından olduqca qarışıq və çətindir.

Qan qrupu pəhrizi: Dietoloqlar bu pəhriz növündə arıqlamaq arzusunda olanlara qan qrupuna görə qidalanmaq resepti yazırlar. Onların düşüncəsinə görə, bu zaman qidalar bədəndə düzgün reaksiyaya girəcəklər. Ancaq araşdırmalara görə, qan qrupunun kilolarla heç bir əlaqəsi yoxdur, ona görə də belə dietalar gərəksizdir.


Şirniyyat pəhrizi: Bu pəhriz növündə insanların şirniyyat yeyərək arıqlaya biləcəkləri bildirilir. Bu dietanın müxtəlif növləri mövcud olsa da hər biri eyni məqsəd üçün istifadə edilir. Ancaq əslində  500 kalorini keçməyən pəhriz  keksləri yeyə bilərsiniz. 


Greypfurt pəhrizi -  bəzi mütəxəssislər ağırlıq verməsin deyə təbii meyvə pəhrizlərini üstün tuturlar. Ancaq bəziləri var ki, greypfurtdan başqasını məsləhət bilmir. Yağ əridən funksiyası olduğu üçün 12 gündə 4 kq kimi meyvə yeməyi tövsiyə edirlər. Bu zamanda insanlar daha çox bu meyvədən yediyi və əlavə qidalar qəbul etmədiyi üçün məcbur arıqlayırlar. Bu əziyyətli və düzgün olmayan dieta növüdür.