Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Eynəklər hansı müddətdən bir dəyişilməlidir? - Görmə zəifliyi olanların diqqətinə

  • 2018.11.14 14:49
  • 24998 Baxış
Eynəklər hansı müddətdən bir dəyişilməlidir? -  Görmə zəifliyi olanların diqqətinə
Yaş artdıqca görmənin zəifləməsi tam normal bir haldır. Baxmayaraq ki, linza və eynəklər bu dəyişikliyin nisbətən qarşısını alır, çox insan bu asılılıqdan çəkinirlər. Bir çoxları elə düşünür ki, eynək taxmaq görmə qabiliyyətini daha da zəiflədərək insanı eynəkdən asılı hala salır.


Medicina.az bu suala aydınlıq gətirməyə çalışıb. 


Mütəxəssislərin bildirdiklərinə görə, uzun müddət eyni eynəkdən istifadə edilməsi insanın görmə qabiliyyətini zəiflədəcək fikri reallığa əsaslanmır. Ona görə ki, optik linzaların və eynəklərin ölçüsü gözün funksional quruluşuna uyğun hazırlanır. Belə ki, dünyaya eynək arxasından baxmaq adəti sizin gözünüzün anatomiyasına heç bir təsir göstərməyəcək. 


Eynəyi çıxardıqda ətrafı bulanıq görməyin səbəbi isə görmə kontrastının kəskin dəyişməsidir. Göz bəbəyi görüntünü fokuslayana qədər bir müddət bulanıq görmə normaldır. Bir neçə saatdan sonra eynəksiz də normal görəcəyinizə şübhəniz olmasın. 


Görmə zəifliyi olan insanlar yaxşı olardı ki, hər il ən az bir dəfə oftalmoloqda müayinə olunsunlar. Bunun sayəsində həkim gözdə baş verən dəyişikliklərdən vaxtında xəbərdar olacaq. Amma siz eynəyinizin "köhnəldiyini” düşünürsüzsə o zaman boşa təlaşlanırsız. Çünki yetkin insanda patoloji dəyişiklikləri nəzərə almasaq gözün quruluşunda heç bir fizioloji dəyişiklik müşahidə edilmir.  Düzgün təyin olunmayan eynək yetkin insanlardan fərqli olaraq uşaqlarda yaxındangörməyə gətirib çıxara bilər. Həkimlərin fikrincə, təyin edilən eynəkdən təmamilə imtina isə bir çox görmə problemləri yarada bilər.  Buna görə də həkimin sizə təyin etdiyi eynəyi gözlərinizə zərər vura bilər deyə uzun müddət istifadə etməkdən çəkinməyin. Bu sizin görmə qabiliyyətinizi azaltmayacaq.