Evdə təbii gübrə hazırlamağın yolları - QAYDALAR

  • 2019.04.15 16:15
  • 21714 Baxış
Evdə təbii gübrə hazırlamağın yolları -  QAYDALAR

Bahar fəsli bitkilərin canlandığı, çiçəklədiyi vaxtdır. İlin məhz bu vaxtında bitkilərə edilən düzgün qulluq yay fəslində bitkilərin daha sağlam, gözəl və məhsuldar olmasını təmin edir.

 

Əgər evdə otaq bitkiləri saxlayırsınızsa, o zaman əl altında olan məhsullardan istifadə etməklə onların daha sağlam və gözəl olmasını təmin edə bilərsiniz. 


Medicina.az sizə ev şəraitində tullantı məhsullarından otaq bitkiləri üçün gübrə hazırlamaq qaydasını təqdim edir: 


Bana qabığından gübrə


Banan qabığının tərkibində bol miqdarda kalsium elementi olduğu üçün gübrə hazırlamaq üçün ən yaxşı vasitələrdən biridir. Bu. mineral bitkilər üçün ən vacib olan maddələrdən biridir. Fotosintez prosesində və toxumaların əmələ gəlməsində əhəmiyyətli rol oynayır. Bundan əlavə, solğun görünən çiçəklərin və bitkilərin yenidən canlanmasına səbəb olur.  


Hazırlanması


Banan qabıqlarını xırdalayın və su dolu qabda 15 dəqiqə qaynadın. Daha sonra soyumağa qoyun. Bu suyu bitkilərin dibçəklərinə tökün. 


Alma sirkəsi gübrəsi


Alma sirkəsinin içində olan asetik turşusu bitkilər üçün yaxşı bir gübrədir.  Bu maddə sayəsində bitkilər sağlam şəkildə böyüyəcək və yarpaqların qurumasının qarşısı alınacaqdır. 


Hazırlanması 


Bitkiləri sulamaq üçün istifadə etdiyiniz suyun içinə bir qaşıq alma sirkəsi əlavə edin. Həftədə ən az bir dəfə olmaqla bitkiləri bu qarışım ilə sulayın. 


Yumurta qabığı gübrəsi


Yumurtanın içində olan kalsium sayəsində yumurta qabıqları pomidor, bibər və badımcan kimi bitkilərin çiçəklərinin çürüməsinin qarşısını alır. 


Hazırlanması


Bir neçə ədəd yumurta qabığını əzərək, bitkilərin kök hissəsinə yaxın bir yerə basdırın. Daha sonra qabıqları sadəcə dibçəyə atsanız da olar.
Evdə təbii gübrə hazırlamağın yolları -  QAYDALAR