Ev şəraitində soyuqdəyməni tez müalicə etməyin yolları - 4 üsul, 2 resept

  • 2018.12.12 12:01
  • 14429 Baxış
Ev şəraitində soyuqdəyməni tez müalicə etməyin yolları -  4 üsul, 2 resept
Soyuqdəyməni ev şəraitində həkim və dərmanların köməyi olmadan sağaltmaq mümkündür. 


Medicina.az xəbər verir ki, soyuqdəymənin ilk əlamətləri meydana çıxan kimi tez müalicəyə başlamaq lazımdır. Əgər hətta öskürək və baş ağrısı kimi əlamətlər yoxdursa belə, özünüzü halsız və yorğun hiss edirsinizsə, o zaman müalicəyə uzanaraq dincəlməklə başlasanız yaxşı olar. 


1. Birinci addım - aclıq 


Yemək və içməkdən imtina edin. Qan qatılaşması – "tormbofelit” soyuqdəymə zamanı üzə çıxan problemlərdəndir. Bu zaman qanda şəkərin miqdarı artır, bağırsaqlarda və ya öd kisəsində problemlər yaranır. Buna görə də bir müddət ac və susuz qalmaq sizə kömək ola bilər. Bir neçə gündən sonra isə toyuq bulyonu və bitki çayları qəbul edə bilərsiniz. 


2. Bədənin isidilməsi 


İsti vanna, sauna və hamam soyuqdəymədə və qrip hallarında kömək edir. Ancaq bu zaman temperatur 38 dərəcədən çox olmamalıdır.  Bu proseduru 10-12 gün ərzində 1-2 dəfə etmək kifayətdir. İsti vannaya 1 kq duz töksəniz effekt daha yaxşı olar. 


3. Soğan və sarımsaqdan istifadə 


Bu bitkilərin tərkibində olan fitonsidlər virus və mikroorqanizmlərin zərərsizləşdirilməsində yaxşı nəticə verir. 


Bunun üçün bir diş sarımsağı və ya kiçik soğanı əzərək 15 dəqiqə açıq havada saxlayın. Belə olduqda bu bitkilərin tərkibində fermentləşmə prosesi gedir. Amma iyi kifəyət qədər azalır. Daha sonra ya gecə yatanda və ya gün boyunca bu tərəvəzləri yeyə bilərsiniz. 


Reseptlər: 


1.2 x/q  xırdalanmış soğanın üzərinə 2 stəkan qaynar su tökün və 1-2 saat saxlayın, süzün. Alınan məhlulun üzərinə 1,5 stəkan bal tökün. Tam əriyənə qədər qarışdırın. Bu məhlulla burun və ağız boşluğunu yaxalayaraq epidemiya zamanı qorunmaq mümkündür. 

2.3 x/q xırdalanmış soğanı 0,5 l qaynar süd ilə qarışdıraraq saxlayın. Daha sonra süzərək gündə 3 dəfə 1-2 x/q olmaqla qəbul edin. 


4. Təbii və təhlükəsiz immunomodulyatorlardan istifadə 


Soyuqdəymə zamanı ən yaxşı təbii immunitet artırıcılar bütün qırmızı və sarı rəngli giləmeyvələr, sitrus bitkiləri hesab olunur. Bunlardan çay dəmləmək, təbii halda yemək olar. Bundan əlavə soyuqdəymə və qrip zamanı zəncəfilli içkilər də yaxşı nəticə verir. Zəncəfil istilik verici tərkibi sayəsində bədəndə olan mikrobları məhv edərək onların yenidən yaranmasının qarşısını alır. 


Arzu

Medicina.az