Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yeni ildən sonra ərzaqları nə qədər saxlamaq olar? Hinduşka, pendir və bişmiş krem:

  • 2018.12.30 11:40
  • 12130 Baxış
 Yeni ildən sonra ərzaqları nə qədər saxlamaq olar?  Hinduşka, pendir və bişmiş krem:

Yeni il süfrəsi üçün bol miqdarda və çeşiddə yeməklər hazırlanır. Təbii ki, bu yeməklərin hamısı bayram günü yeyilmir, bir neçə gün istifadə edilir. Düzdür bu yaxşıdır, amma ərzaqları düzgün saxlamadıqda sağlamlıq üçün çox ciddi fəsadlara yol aça bilər. 


Əgər siz bayram tətili günlərini qida zəhərlənməsi səbəbindən xəstəxanada keçirmək istəmirsinizsə, o zaman yeməklərin saxlanılmasına dair bəzi vacib məqamlardan məlumatlı olmalısınız. 


Medicina.az sizi bəzi ərzaqların düzgün saxlanlması ilə bağlı məlumatlar təqdim edir: 

 

Toyuq


Toyuq, ördək, hinduşka və digər quşlar ya bişirilən gün yeyilməli ya da 2 gün boyunca dondurucuda saxlanılmalıdır.  Əti bişirdikdən sonra onu soyudun, daha sonra qida plyonkası ilə bağlayaraq soyuducuya qoyun. Vacib məqam: toyuğu bir dəfədən artıq qızdırmayın. Belə ki, bu zaman bakteriyaların çoxalması üçün yaxşı çərait yaranmış olur. 


Turşu və konservləşdirilmiş məhsullar


Turşu və konservləşdirilmiş məhsulları adətən sirkə ilə hazırlayırlar. Məhz bu amil də onların tərkibində olan suyun miqdarını azaldaraq şəkəri artırır.  Buna görə də marinad olunmuş xiyar və digər ərzaqlar soyuducuda hətta ağzı açıq şəkildə saxlanıla bilər. Ancaq bu zaman məhsulun istifadə  müddətini nəzərə almaq lazımdır. 


Pendir


Pendir boşqabı Yeni il süfrəsinin ən vacib hissələrindəndir. Artıq qalmış bərk  pendir  tikələrini soyuducuda saxlamaq lazımdır ki, kiflənməsin. Yumşaq pendir tikələrini isə tullasaz daha yaxşı olar. 


Şərab


Ağzı açılmış şərabın tərkibində olan kimyəvi maddələr havanın oksigeni ilə reaksiyaya girərək polifenol maddəsi əmələ gətirə bilər ki, nəticədə də şərabın rəngi və dadı dəyişər. Buna görə də şərab mütləq ağzı bağlı saxlanmalıdır.


Evdə hazırlanan paştet

Paştetin tərkibində listeriya- çöpşəkilli bakteriya  əmələ gələ bilər ki, bu da immun sistemi zəif olan insanlarda problemlər yaradacaq. Bu bakteriyaların çoxalma risqi paştet soyuducudan kənarda saxlandıqda çoxalır. Buna görə də paşteti soyuducuda saxlamaq və 3-5 gün ərznində yemək lazımdır. 


Bişmiş krem


İsti bişmiş krem bakteriyalar üçün əla nühitdir. Buna görə də onu soyutmaq lazımdır.  Bişmiş kremi soyuducuda olsa belə 2 gündən çox saxlamaq olmaz. Əgər siz kremi bu müddətdə istifadə edə bilməmisinizsə, onu dondurmaq lazımdır. Bu isə təbii ki, kremin görünüşünün və keyfiyyətinin dəyişməsinə səbəb olacaq.  

 

Arzu

Medicina.az