- İllərin qaydalarını dəyişdirməyin vaxtı çatdıƏrzaqları hara qoyaq ki, xarab olmasın?

  • 2018.11.09 13:29
  • 10612 Baxış
 - İllərin qaydalarını dəyişdirməyin vaxtı çatdı Ərzaqları hara qoyaq ki, xarab olmasın?
Evdar qadınların evdə özləri üçün müəyyən etdikləri bir sıra kiçik qaydalar mövcuddur ki, bunlardan biri də əşyaların saxlanma yerləridir. Mütəxəssislər araşdırma apararaq müəyyən ediblər ki, bəzi ərzaqlar yanlış yerə qoyulduğundan, daha tez xarab olurlar.


Medicina.az o ərzaqlardan bəzilərini təqdim edir:


Fındıq

 

Günlük eşyaları ve yiyecekleri nasıl saklamalıyız?


Çox adam fındıq kimi çərəzləri mətbəx şkafında saxlayır, amma mütəxəssilərə görə, bu cür meyvələrin uzun müddət xarab olmadan qalması üçün soyuducuda saxlamaq tələb olunur. 


Un

 

Günlük eşyaları ve yiyecekleri nasıl saklamalıyız?


Unu istifadə etdikdən sonra öz paketində saxlamanız məsləhət deyil. Yaxşı olar ki, unu havakeçirməyən bir qaba tökəsiniz. Unu plastik paketdə saxlamaq tərkibində bakteriya yaranmasına səbəb olur. 


Avokado 


Günlük eşyaları ve yiyecekleri nasıl saklamalıyız?


Yetişməsi üçün avokadonu çalışın ki, soyuducudan kənarda saxlayasınız. 


Yumurta 

 

Günlük eşyaları ve yiyecekleri nasıl saklamalıyız? 


Bir çoxları yumurtanı soyuducunun qapısında saxlayır. Amma qeyd etmək lazımdır ki, həmin yer yumurta saxlamaq üçün ən uyğun olmayan yer hesab olunur. Mütəxəssislərin sözlərinə görə, soyuducunun qapısının tez-tez açılıb bağlanması səbəbindən temperatur fərqi yaranır ki, bu da yumurtaların tez xarab olmasına səbəb ola bilər. Yumurtalar temperaturun sabit olduğu yerlərdə saxlanmalıdır.


Arzu

Medicina.az