BölmələrRU
Xidmətlər
 

Erkən doğuşun ilkin əlamətləri

Doğuş tarixiniz yaxınlaşdıqca uşağın böyüdüyünü, qarnınızın gərildiyini hiss edərsiniz.  Arada da sancılarınız tuta bilər.

Ancaq hamilə qadınların təxminən 100-də 10u erkən doğuş sancıları yaşayır. Erkən doğuş sancıları digər ağrılardan fərqli olaraq gerçək doğuşu göstərir.

Bəs doğuş öncəsi və ya erkən doğuş sancısını necə anlamaq olar?

Burada müddət, ağrının şiddəti çox əsasdır. Bəs diqqət edilməsi vacib olan nüanslar:

Doğuş öncəsi aldadıcı sancılar son üç ayda daha çox hiss edilir. Ağrılar adətən şiddətli olmur və əksər zaman bir saata qədər çəkir.

Erkən doğuş əlamətləri nədir?

Erkən doğuş sancıları hamiləliyin ikinci və üçüncü üç aylığında ortaya çıxa bilər və çıxarlarsa 20 ilə 37 həftəsi arasında hansısa bir zaman çəkə bilər.

Diqqət edilməsi vacib olan əlamətlər:

Belin aşağı hissəsində menstruasiya tipli ağrılar

Bel və ya kürəkdə ağrı və təzyiq hissi

Bağırsaqlarda ağrı və ya ishal

Vaginal axıntıda artış, rəng və ya qatılığında dəyişiklik, qan

Bu əlamətlərdən birini və ya bir saat ərzində dörddən çoxunu yaşayırsınızsa dərhal həkiminə müraciət edin.

İlkin olaraq erkən doğuşun qarşısını almaq üçün tədbirlər görə bilərsiniz.

Su itkisini bərpa etmək üçün bir neçə saat ərzində bir litr yarım su için.

Hamiləliyi sağlam bitirmək üçün həyatınızda əsas olaraq stresi azaldın, normal qidalanın və çəki artırın.(hekimtap.az)