BölmələrRU
Xidmətlər
 

Erkən doğulmuş körpəni əmizdirmək olarmı?

llər öncə əgər körpə vaxtından əvvəl doğulardısa, onu ana südü ilə qidalandırmaq sual altında idi. Ana erkən doğulmuş körpəsinə öz südünü verməyə can atardı, lakin doğum evindəki həkimlər körpələrə erkən doğulmuş uşaqlar üçün hazırlanmış yeməyi verməyi məsləhət bilirdilər. Lakin artıq belə deyil.

Medicina.az publika.az-a istinadən xəbər verir ki, Seçenov Universitetinin ən yüksək kateqoriyalı həkimi Olqa Parşikova deyir ki, hər il ölkəmizdəki uşaqların təxminən 10-11% -i vaxtından əvvəl doğulur. Bədən çəkisinə əsasən, pediatr-neonatoloqlar erkən doğulan uşaqları üç kateqoriyaya ayırır:
1500-2000 qr. arası aşağı bədən çəkisi olan uşaqlar; 1000 qramdan 1500 qramadək çox aşağı bədən çəkisi olan uşaqlar; 500-1000 qr. olduqca aşağı çəkisi olan uşaqlar.

Belə bir fikir var ki, əgər körpə vaxtından əvvəl doğulubsa, onu əmzirmək asan olmayacaq və ya ümumiyyətlə olmaz. Lakin bu fikir doğru deyil.
Əslində vaxtından tez uşaq dünyaya gətirmiş ana ilə övladı vaxtında dünyaya gəlmiş ananın laktasiya dövrü eyni olur. Prematüre körpə anasının südündə böyük dozada proteinlər, müxtəlif fermentlər və qida maddələri olur. Buna görə də həkimlər israr edirlər ki, körpə öz anasının südü ilə qidalanmalıdır.
Prematüre körpələrin ana südü ilə qidalanmasının faydası:

Əmzirmə vaxtından əvvəl doğulmuş körpəyə həm də ona görə faydalıdır ki, ana südünün tərkibindəki fermentlər körpəni infeksiyalardan qoruyur, onun daha tez böyüyüb inkişaf etməsində böyük əhəmiyyət kəsb edir. Böyük Britaniyada və Almaniyada aparılan 100,000-dən çox erkən doğulan körpə sorğusunun ilk meta-analizi, ana südünün körpənin həyatını xilas etdiyini, beyinin və immun sisteminin inkişafına təşviq etdiyini göstərib.