Ərik tumunu yemək zərərlidir?

  • 2018.05.10 13:30
  • 21235 Baxış
Ərik tumunu yemək zərərlidir?
Ərik tumu ləpəsinin çox faydalı və müalicəvi effekti mövcuddur. Lakin bəzən bu tumların çox zəhərlidir və hətta ölümə səbəb ola biləcəyini bildirirlər.


Medicina.az bu barədə topladığı məlumatları təqdim edir:


Ərik tumunun ləpəsinin tərkibində bir çox vitamin və minerallar, efir yağları, yağlı turşular var.

 

Ürək və damarların sağlamlığını qoruyur, infarkt və insultun ən effektli profilaktik vasitəsi sayılır, diabetin inkişafınının riskini azaldır.



Ərik tumunun tərkibində nadir "amiqdalin" adlı maddə var. Bu maddə həm də B17 vitamini kimi tanınır. B 17 xərçəng əleyhinə təsirə malikdir. Məhz bu maddə ləpələrə acı dad verir. Orqanizmdə bu vitamin bir neçə daha sadə maddəyə və o cümlədən güclü zəhər olan sinil turşusuna parçalanır. Sinil turşusu orqanizm tərəfindən neytrallaşdırılsa da ərik tumlarının ləpələrini çoxlu miqdarda yemək tövsiyə edilmir. Çünki zəhərlənməyə səbəb ola bilər.


Ərik tumunun ləpəsi qurdqovucu təsirə malikdir. Uşaqlara da bu ləpələri az miqdarda vermək olar. Uşaqlara verəndə daha şirin ləpələrə üstünlük verilməlidir.