BölmələrRU
Xidmətlər
 

Enerjinizi dolduran qidalar yeyin - Orucluqdan sonra necə qidalanmalı?/VİDEO

Artıq mübarək Ramazan ayını geridə qoyduq.

Medicina.az xəbər verir ki, orqanizm bir ay ərzində ac və susuz qalmağa öyrəşdi. İndi isə bayramı qeyd edirik. Süfrələr yenə naz-nemətlərlə dolacaq.
 
Bəs oruc tutandan sonra qidalanmaya necə diqqət etməli?

Mütəxəssislər də bu məqamda xəbərdarlıq edirlər. Əgər ramazandan sonra düzgün qidalanmaya riayət edilməsə həzm sistemində ciddi problemlər meydana gələ bilər.

Bayramda əsasən şirniyyatlardan, qazlı içkilərdən və ağır yeməklərdən uzaq durmaq lazımdır. Çünki bu növ qida və içkilərə insan orqanizmi daha həssas olduğu üçün diqqətli olmaq tələb olunur.

Onu da qeyd edək ki, qidanı birdən-birə artırmaq sağlamlıqda problemlər yaratmaqla yanaşı sürətli artıq çəkiyə də səbəb ola bilər.