Enerji içkiləri qanadlandırır, yoxsa qanadlarını qırır?

  • 2017.09.23 11:04
  • 4084 Baxış
Enerji içkiləri qanadlandırır, yoxsa qanadlarını qırır?
Milli Məclisin İntizam komissiyasının sədri, professor Ağacan Abıyevin enerji içkiləri barədə dedikləri son zamanların ən böyük "kəşfi” olan bu işçilər barədə yenidən araşdırma aparmaq zərurəti yaradır.


Medicina.az axar.az-a istinadən xəbər verir ki, deputat israrla qəribə güc verən bu içkilərin tərkibinin yoxlanılmalı olduğunu bildirib. Millət vəkili təklif edib ki, həkimlər tərəfindən ciddi araşdırma aparılsın:


Sitat: "Kim sübut edə bilər ki, mən "Red Bull” içəndən sonra 1,5 metr deyil, 2 metr göyə tullanmışam? Bunu heç kəs deyə bilməz. Mən adam tanıyıram ki, "Red Bull” içib, amma qanadlanmayıb”.


Qanadlandırır, yoxsa adamın qanadlarını qırır?


Uzun müddətdir ölkədə müxtəlif adlarda və fərqli çeşidlərdə satılan enerji içkilərinin tərkibində olanları təqdim edirik:


Kofein: Bütün enerji içkilərinin əsas tərkib hissəsidir. Stimulyator qismində çıxış edir: 100 mq kofein əqli qabiliyyəti gücləndirir, 238 mq kofein ürək-damar sisteminin dözümlülüyünü artırır.


Taurin: Hər bir energetik içkidə 400 mq-dan tutmuş 1000 mq-dək taurin maddəsi olur. Bu maddə əzələ toxumalarında yığılan amin turşusudur.


Karnitin: Bu element hüceyrələrdə yağlı turşuların sürətli həll olmasına səbəb olur. Karnitin maddələr mübadiləsinin sürətini artırır, əzələ yorğunluğunun qarşısını alır.


Quarana və jenşen: Tonusu artırmaq xüsusiyyətinə malik müalicəvi bitkilərdi. Quarananın yarpaqları tibbdə geniş istifadə olunur. Əzələlərdə zərərli turşuları ixrac edir, fiziki yüklənmələr vaxtı ağrıları azaldır, qaraciyəri təmizləyir. Həmin bitkilərin energetik içkilərin tərkibində hansı rolu daşıması isə məlum deyil.


B vitamin: Sinir sistemi və beynin normal fizioloji fəaliyyəti üçün zəruri elementdir. Bu elementin çatışmazlığı orqanizmdə müəyyən mənfi dəyişikliyə səbəb olur. Lakin B vitamininin artıqlığı da heç yaxşı hal deyil.


Melotonin: Orqanizmdə olan elementdir və insanın sutkalıq ümumi ritmini tənzimləyir.


Matein: Cənubi Amerikada yetişən yaşıl çayın xüsusi növü olan "mate”nin tərkibində olur. Bu maddə aclıq hissini yubadır və çəki itkisinə səbəb olur.


Dərman əvəzi satılan enerji içkiləri - bu içkilərdən həddən artıq istifadə etmək yüksək qan təzyiqi və qanda şəkərin artmasına səbəb olur.


Fransa, Danimarka və Norveçdə enerji içkilərinin adi marketlərdə satışı qadağandır. Bu içkilər yalnız apteklərdə satılır. Təzyiq və ürək xəstəlikləri olan insanlara isə bu içkilərin qəbulu qəti sürətdə qadağandır
Enerji içkiləri qanadlandırır, yoxsa qanadlarını qırır?