Çənəniz ağrıyırsa... Səbəbi ürəyiniz ola bilər

  • 2018.05.25 23:21
  • 9389 Baxış
Çənəniz ağrıyırsa...  Səbəbi ürəyiniz ola bilər
Adətən ürək tutması (stenokardiya) və infarkt ürək nahiyəsində güclü yandırıcı ağrılarla müşayiət olunur.


Medicina.az xəbər verir ki, bəzən isə ürək tutmasınn simptomları ürəkdə deyil, çənədə hiss edilir. Əksər hallarda isə insanlar belə ağrılara məhəl qoymurlar. Bu isə onlar üçün təhlükəlidir.


Nəzərə almaq lazımdır ki, bu ürək tutmasının yeganə simptomu da ola bilər.


Bəs bunları necə ayırd etmək olar?

 

Çənədə ağrıların səbəbi ürək problemi olarsa, ağrı çənənin konkret bir nöqtəsində hiss olunmur, bütün çənəni əhatə edir, yayılmış xarakter daşıyır, insan aşağı çənədə sıxılma, yandırma hiss edir. Həmçinin ağrı fiziki və ya emosional gərginlikdən sonra əmələ gəlir.