BölmələrRU
Xidmətlər
 

İllərlə gəzə bilməyən xəstələr bu əməliyyatdan sonra gəzir – Tanınmış travmatoloq maraqlı faktlar açıqladı

Travmatologiya və ortopediya sahəsi bud, çiyin və diz oynaqlarının sıradan çıxması nəticəsində insanların yataq xəstəsinə çevrilməsinin qarşısını alan əməliyyatlar üzrə sürətlə irəliləyir. Artıq Azərbaycanda da dizlərinin sıradan çıxması, oynaqlarının ovulması, iltihab səbəbindən yeriməkdə çətinlik çəkən və əlilliyə doğru gedən insanlara oynaqların endoprotezlənməsi əməliyyatı tətbiq olunur.
 
Amma nəzərə alsaq ki, bu əməliyyat çox riskli, ağırlaşma ehtimalı yüksək və çətin əməliyyatdır, bu işin peşəkarı olmadan uğurlu nəticə əldə etmək asan deyil. Azərbaycanda endoprotezlənmə əməliyyatı üzrə peşəkar və tanınmış travmatoloq-ortoped Sənan Aşirov bu günə qədər yüzlərlə insanın oynaqlarına ikinci həyat verib. Əməliyyat zamanı heç bir fəsadlaşması qeydə alınmayıb, əməliyyat etdiyi xəstələr rahat gəzirlər.
 


Ölkədə bəlli yaşdan sonra dizlərində, ayaqlarında problem olan insanların sayı çoxluğunu nəzərə alıb xəstələri bu əməliyyat barədə düşündürən suallara həkimin özündən cavablar aldıq:
 
Bu əməliyyatın üstünlüyü ondadır ki, xəstə sabahı sərbəst gəzə bilir. 

-Sənan həkim, çiyin, diz, bud endoprotezləri kimlərə tətbiq olunur, necə qoyulur və hansı xəstəliklərdə göstərişdir?
 
-Endoprotez daxildə qoyulan protezdir. Xaricdən baxdıqda heç nə hiss olunmur. Sümüyün təkcə dağılan və yararsız hissəsi kəsilir, təmizlənilir, oynaq protezi qoyulur. Bu əməliyyatın yaşı yoxdur. Ən gənc pasiyentim 20 yaşındaydı, ən yaşlısı isə 84 yaşında. Onlar hazırda sərbəst gəzirlər. 

Çəki fərqi-135 kiloqrama kimi çəkili insanlara oluna bilər.  Uşaqlara, yeniyetmələrə göstəriş deyil. Çünki sümük sistemi tam formalaşmalıdır. 

Ağır ürək çatışmazlığı olan, yanaşı ciddi sümük osteoporozu olan xəstələr, ayaqlarda arterial damar çatışmazlığı problemlərində qoyulmur. Şəkər xəstələrində əgər ayaqlarında sinir hissiyyatı varsa icra olunur. Yaranın sağalmasına görə heç bir problem yoxdur. 

Kimlərə məsləhətdir: istənilən səbəbdən diz oynağı və qığırdağı dağılanlar, əvvəl keçirilmiş travmadan sonra deformasiyası olanlar və dizlərinin hərəkət funksiyasının itirilməsi səbəbindən yeriməkdə çətinlik çəkən hər bir kəsə.



 - Əməliyyat sonrası mərhələ necədir, neçə günə insan gəzə bilər?

Bu əməliyyatın üstünlüyü ondadır ki, xəstə sabahı sərbəst gəzə bilir. Yalnız yara ağrılarını hiss edir. Xəstəxanadaqalma müddəti 3 gündür. 

 - Bu vaxta kimi ən ağır xəstəniz kim olub və əməliyyat baş tutubmu?

Bu yaxında yaşlı, ağır ürək çatışmazlığı olan xəstəmiz oldu. Əməliyyat riskli idi. Amma xəstə özü tələb etdi ki, gəzmək istəyir. Çox da uğurlu alındı, indi gəzir. Bir xəstəmiz də olub, ayağı həddən artıq əyilmiş, deformasiyalı idi. Onda da əməliyyat uğurlu alındı.  

 - Bəs revmatoid artrit xəstəliyindən gəzə bilməyən insanların bu əməliyyatla gəzmə şansı varmı?

-Bu xəstələrdə iltihabdan oynaqlarda davamlı olaraq maye yığıldığı üçün oynaq qığırdağı daha tez dağılır. Üstəlik, ömür boyu ağır dərmanlar qəbul etdiyindən, oynaqlar tam dağılır. Bu xəstələr əvvəlcə müalicə almalı, iltihab dərəcəsini aşağı  salıb, xüsusi dərmanlarla sümüklərini bir az bərkidib əməliyyata alırıq. Əməliyyatdan sonra gəzdikcə də müalicə davam olunur. Yəni bu əməliyyat revmatoid artriti sağaltmır, bu xəstələrin ayaqlarının hərəkəti bərpa olunur ki, günlük  həyatına normal davam edə bilsin. 

 - Protezlərin ömrü nə qədərdir? 

-20-25 il xidmət edir. Lazım gəldikdə dəyişdirilə bilir. Əməliyyat olunmuş insanlar 6 aydan bir təkrar müayinəyə gəlməlidir. Protezin uzun müddətli olması xəstənin həyat tərzi, vərdişləri və çəkisinə nəzarətdən asılıdır.
 
Daha çox qadınlarımız bu problemlə üzləşir: azhərəkətli, artıq çəkili, alçaq boylu olduqları üçün əsas yük dizlərə düşür.

-Azərbaycanda niyə bu qədər insanın dizlərində problem yaranır? Əsas səbəbi nədə görürsüz?
 
-Birinci səbəb genetikdir. İkincisi artıq çəki. Daha sonra illər öncə travma alan insanın vaxtında həkimə getməməsi, az zədələnmiş qığırdağı vaxtında bərpa etmək olardı, amma müalicə almır, nəticədə qığırdaq tam dağılır. Ən başilica səbəb də deyərdim budur. Yıxılma, burxulma, zədələnmə, sınıq, çıxıq kimi travmalarda vaxtında düzgün müalicə almamaq.
Daha çox qadınlarımız bu problemlə üzləşir: azhərəkətli, artıq çəkili, alçaq boylu olduqları üçün əsas yük dizlərə düşür.

-İndi çox yerlərdə diz protezlənməsi icra olunur. Amma bildiyim qədəri ilə bu əməliyyata ciddi hazırlaşmaq lazımdır, yəni elə də sıradan əməliyyat deyil.

-Əslində, endoprotezlənmə əməliyyatları dünyada riskli, çətin əməliyyatlar sırasındadır. İlk növbədə xəstədə iltihabi proseslər nəzarətə alınmalıdır. Hətta xəstənin dişinin kökündə iltihab varsa, o aradan qaldırılmalıdır. Revmatoid artriti olan xəstələrdə xüsusi antibakterial sementlərdən istifadə olunmalıdır. Sidik infeksiyaları olan insanlar öncədən müalicə almalıdır. Xəstənin ciddi anamnezi toplanılır. Mədə qanaması olan xəstələr var ki, nəzarətdə olmalıdır. Hər kimi hər necə oldu əməliyyata tez almaq olmaz. Əməliyyat həkimdən ciddi yanaşma və diqqət tələb edir. Həkim peşəkar olmalıdır. Əməliyyat müddəti az olsa daha yaxşı olar. 
 

 
-Bəs bud protezi əməliyyatında vəziyyət necədir?
 
-Bud endoprotezinin qoyulması dizə baxanda daha rahatdır. Çünki dizdə bağlar, vətərlər, sinirlər çoxdur, hamısı qorunmalıdır. İncə iş tələb edir. Amma bud-çanaqda hər hansı bağ, kapsula qorunmur. Bud protezi əməliyyatının reabilitasiyası daha rahatdır. Məsələn, elə dünən 5 ildir yeriməyən, 84  yaşlı xəstəmiz oldu. Çox həkimlər əməliyyata götürməmişdi. Bizim üçün də riskli idi. Amma ailəsi israr etdi ki, olsun. Çünki xəstə ya o simptomdan vəfat edəcəkdi, ya da əməliyyatdan sonra sağalıb gəzəcəkdi. Mən intuisiyama güvənərək etdim. Əməliyyat uğurla başa çatdı, xəstə yeriməyə başladı. Ailəsi də gözlərinə inanmırdı. 
 
Protezlənmə travmatologiyanın şah əməliyyatıdır. İnfeksiya riski olduqca yüksəkdir.
Harda gəldi protez qoyurlar. Əgər infeksiya düşsə, irinləmə gedir. 

 - Heç elə xəstə olubmu ki, xaricdə və ya elə bizdə diz protezlənməsi etdirib, lakin uğursuz olduğundan təkrar sizə müraciət edib, yenidən əməliyyat olunub?

-Olur, çox olur. Əməliyyat zamanı diz bağı cüzi zədələndisə, o protez lazım olduğu kimi yerləşmir. Orda xüsusi kəsimlər var, 1mm kənara çıxmaq fəsad verir. Rentgen görüntüsü olaraq, gözəl qoya bilərsən, amma görüntü ilə iş bitmir axı. Düzgün icra olunmayan əməliyyatdan 3-4 il sonra ciddi problemlər çıxacaq. İndi də səhv nəticələrlə gələnlər var. Amma 4-5 il sonra belə xəstələrin sayı artacaq. Çünki artıq çox yerdə bu əməliyyatı edirlər. Və biz həkimlər bu problemlərlə üzləşəcəyik. Protezlənmə travmatologiyanın şah əməliyyatıdır. İnfeksiya riski olduqca yüksəkdir. Harda gəldi protez qoyurlar. Əgər infeksiya düşsə, irinləmə gedir. 

Mənim əməliyyat etdiyim travma əməliyyatxanasında başqa əməliyyatlar keçirilə bilməz. Amma yer var ki, öd, babasil, burun əməliyyatı olan yerdə protezlənmə olunur. Bu dəhşətdir. Bu işdə sterilizasiya uğurun 70%-dir. İkincisi palata şəraiti. Protez xəstələri palatada tək yatmalıdır, onların özəl sarğı stolu, özəl tibb bacısı olmalıdır. Bir palatada 2 xəstə olmaz. 

Bu əməliyyatda böyük briqada çalışmalıdır. Mən 2 assistentlə əməliyyata girirəm. Onların hər biri mənim qədər bu işi bilir. 

-Bəs qiymətlər necədir? Əməliyyat çox bahalıdır?

-Endorpotezlənmədə istifadə olunan protezlər bütün dünyada eyni markadır, eyni formadır. Bizim klinikada protezlənmə əməliyyatı Türkiyə, Avropa, hətta Rusiyaya baxanda dəfələrlə ucuzdur. Eyni əməliyyatdır, heç bir fərqi yoxdur, amma qiymət təbii ki, burda sərfəlidir. 
 

Aygün Musayeva 
Medicina.az
 
                                                                             HƏKİMLƏ ƏLAQƏ