- Bəla uzaqda deyil, başımızın altındadır/ MƏSLƏHƏTLƏRƏn doğru yastığı necə seçməli?

  • 2018.12.01 15:04
  • 22929 Baxış
 - Bəla uzaqda deyil, başımızın altındadır/ MƏSLƏHƏTLƏR Ən doğru yastığı necə seçməli?
Bəzən səhər yuxudan oyandıqda boyunda, onurğa sütununda, kürək nahiyədə ağrılar olur. Bu ağrılar hətta bir neçə gün çəkir. Ağrıların səbəbini bir çox yerdə axtarsaq da, səbəb başımızın altındadır.


Medicina.az xəbər verir ki, rahat yatmağın ən vacib elementlərindən biri məhz yastıq seçimidir. 


Yatmaq formasına və anatomik qurluşunuza görə ideal yastıq seçimi tədqim edirik:  


Ən ideal yastıq nə cür olmalıdır? Cavab hər kəsə görə fərqlidir. Bu əsasən sizin yatmaq formanızdan aslıdır. 

 

Картинки по запросу pillow ortopedic


Belə ki, içi çox doldurulmuş yastıq boyun və çiyinləri tutur, hərəkət etməyə mane olur. Əksinə boş yastıqlar yatarkən tez-tez fırlanan insanlar üçün daha rahat olur.  


Yastıqların tərkibi əsasən qaz tükü, pambıq, kətan, yun kimi təbii materiallardan da olur. Bu yastıqların ən böyük üstünlüyü hava keçirməsi və istiliyi yaxşı qorumasıdır. Allergiyası olan insanlar üçün isə süni materiallardan hazırlanan yastıqlar yaxşı seçim ola bilər. 


1. Yaddaşlı ortopedik yastıqlar

 

Похожее изображение

 

Baş və boyunun anatomik formasına uyğun olaraq hazırlanmış xüsusi yastıqdır. Bu, gecələr narahat yatanlar üçün yaxşı seçim ola bilər. Eyni zamanda da bu yastıqlar ağırlığı bərabər payladığından boyun və onurğa problemi olanlar üçün uyğun variantdır. 


2. Lateks yastıqlar

 

Картинки по запросу latex pillow

 

Baş və boyun formasını alır və qoruyur. Təbii maddə olduğu uçun hava dövranını təmin edir. Bu isə tərləmə problemini aradan qaldırır. 


3. Yun, lələk və pambıq dolğulu yastıqlar 

 

Картинки по запросу yun yastık 

 

Bu yastıqlar formasını tez itirdiyi üçün sərt yastıq sevənlərə daha uyğundur. Səhər yuxudan oyandıqda boyun və çiyinlərdə ağrı hissi ola bilər. 


4. Sintifon yastıqlar 

 


 

Süni materialdan hazırlanan bu yastıqlar yumşaqlığı ilə seçilir. Tərləmə problemləri olanlar bu yastıqlardan istifadə etməsələr yaxşı olar.  


Arzu

Medicina.az

 

Картинки по запросу best sleeping pillow for neck pain

Похожее изображение

 - Bəla uzaqda deyil, başımızın altındadır/ MƏSLƏHƏTLƏR Ən doğru yastığı necə seçməli?
 - Bəla uzaqda deyil, başımızın altındadır/ MƏSLƏHƏTLƏR Ən doğru yastığı necə seçməli?