Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ən asan arıqlamaq üsulu: hər kəsin mətbəxində var - RESEPT

  • 2018.12.03 14:47
  • 30545 Baxış
Ən asan arıqlamaq üsulu: hər kəsin mətbəxində var -  RESEPT
Artıq çəkidən xilas olmaq üçün bəzən ən sadə yollar daha çox effektiv olur.


Medicina.az bu gün hər bir evin mətbəxində rast gəlinən ucuz vasitə olan çay sodasından arıqlamaq reseptlərini təqdim edir: 

 

Limon şirəsi ilə


Soda və limon şirəsi çox effektivdir. Tərkibində olan limon şirəsini limon turşusu ilə də əvəz etmək olar. Bu içki yalnız arıqlamağa deyil, həmçinin də mədədə olan turşuluğu azaltmağa kömək edir. 


Tərkibi: 300 ml su, 0.5 limonun şirəsi, 0,25 çay qaşığı çay sodasını qarışdırın. Əmələ gələn məhlulu acqarına 14 gündən çox olmayaraq qəbul edin. Daha sonra 14 gün fasilə verin. Sonra yenidən qəbul edin. Bu minvalla qəbul edilən sodalı su sizin kilo verməyinizə səbəb olacaq. 


Zəncəfillə


Zəncəfil orqanizmdə gedən maddələr mübadiləsini sürətləndirir, toksinləri xaric edir. 


Tərkibi: 1 st. su, 1 dilim limon, 1 çay qaşığı sürtgəcdən keçirilmiş zəncəfil, 0,5 çay qaşığı soda, 1 çay qaşığı bal. 


Zəncəfilin üzərinə qaynar su tökün, 5 dəqiqə saxlayın. Daha sonra digər məhsulları əlavə edin. 14 gün için. Daha sonra 14 gün fasilə verərək yenidən qəbul etməyə başlayın.  


Süd ilə 


Tərkibi: 200 ml süd və 1 ç.q soda


Südü 90 dərəcəyə qədər qızdırın. Sonra ora soda əlavə edərək qarışdırın, kiçik qurtumlarla için. Bunu da 2 həftədən bir fasilə verməklə qəbul edin. 


Lakin soda məhlulunun qəbulu bəzi hallarda əks göstəriş hesab olunur: 


Hamiləlik və laktasiya dövrü;

Xroniki xəstəliklər zamanı

İnfeksion xəstəliklərdə;

Ürək və böyrək xəstəliklərində;

Şiş xəstəliklərində;

Ginekoloji xəstəliklərdə;

Arterial təzyiq zamanı;

Mədə-bağırsaq traktının pozğunluqlarında.

 

Arzu

Medicina.az