Əməliyyatla 146 kq-dan 66 kq-a düşdü - Görənlər onu tanımır

  • 2017.11.23 15:41
  • 15151 Baxış
Əməliyyatla 146 kq-dan 66 kq-a düşdü -  Görənlər onu tanımır
Türkiyədə 33 yaşlı qadın əməliyyatla mədəsini kiçildərək 146 kiloqramdan 66 kiloqrama düşüb.

 

Medicina.az xəbər verir ki, Naime Cebeci adlı qadın düz 80 kq arıqlayıb. 


Kilo problem yaşayan, tiroid və diabet xəstəliyindən əziyyət çəkən Cebeci uzun illər pəhriz saxlasa da, nəticə əldə etməyib. Verdiyi kiloları isə qısa zamanda daha çox olaraq geri alıb.


Həkim Ayhan Mescinin müayinəsindən sonra qadının əməliyyat edilməsinə qərar verilib.


Kilolarına görə çox əziyyət çəkdiyini bildirən Cebeci, həyatın artıq kilolarla nə qədər çətin olduğundan bəhs edib:


"Pəhrizdə müvəffəqiyyətli ola bilmirdim. Daha sonra bu əməliyyatdan xəbər tutdum. Ailəm, dostlarım məni dəstəklədi. Hazırda daha sağlam həyat tərzim var. İdmanla məşğul oluram. Məni görən tanışlarım tanımır. Bu cəsarət tələb edən əməliyyatdır. Bunu mən bacardım. Əməliyyat etdirmək istəyənlərdən ricam, buna tək başına qərar verməsinlər. Tibbi dəstək alsınlar”.


Həkim əməliyyatdan əvvəl xəstənin nəfəs ala, yeriyə bilmədiyini bildirib:


"Xəstəmizə laporoskopik əməliyyatı tətbiq etdik. Özəl cihazlarla, qarın içinə girən incə çubuq borularla bu əməliyyatı həyata keçirtdik. Bu üsulla mədəsini kiçiltdik”.