Əməliyyat edilən xəstədən yaşıl qan axdı - Həkimlər dəhşətə gəldi

  • 2018.04.21 14:30
  • 17953 Baxış
Əməliyyat edilən xəstədən yaşıl qan axdı -  Həkimlər dəhşətə gəldi
Kanadada cərrahlar xəstələrdən birini əməliyyat edən zaman şoka düşüblər. 

 

Medicina.az xəbər verir ki, buna səbəb xəstədən  yaşıl qanın axması olub. Aparılan analizlərdən sonra isə rəngin səbəbi məlum olub.

 

Qan testlərindən sonra bu pasientin sulfogemoglobinemiya xəstəliyindən əziyyət çəkdiyi aşkar edilib. Müəyyən edilib ki, bu çox nadir xəstəlik  kükürd atomunun qandakı hemoglobinə birləşməsi nəticəsində yaranır. Bu halda qanın strukturu dəyişdiyi kimi rəngi də dəyişir. Psiyentdə həmin xəstəlik  migrenə qarşı atdığı, tərkibində sulfonamid olan sumatriptan  dərmanının həddindən artıq istifadəsindən yaranıb.