BölmələrRU
Xidmətlər
 

Əməkdar artist yeddi saatlıq əməliyyat keçirdi – VİDEO

Dünən Əməkdar artist Coşqun Rəhimov əməliyyat olunub.

Medicina.az oxu.az-a istinadən xəbər verir ki, onun burnuna estetik müdaxilə edilib.

"Bu şəhərdə”nin sosial media hesabında yer alan məlumata görə, aktyor yeddi saat əməliyyatda qalıb.

Coşqunun əməliyyatdan sonrakı görüntüləri sosial şəbəkədə paylaşılıb. Narkozdan ayılan sənətçi özünü yaxşı hiss etdiyini bildirib.

Qeyd edək ki, əməliyyat özəl klinikalardan birində, qulaq-burun-boğaz həkimi Məzahir Quliyev tərəfindən gerçəkləşdirib.

Dünən "Bu şəhərdə” komandasının digər üzvü Rafael İsgəndərov da əməliyyat olunub.