Barmaqlarda yerləşən qan damarlarının soyuqdan və stressdən spazması patologiya hesab edilir.
Medicina.az xəbər verir ki, Reyno adlanan bu xəstəliyin yaranma səbəbləri məlum deyil. Xəstəlik qan-damar xəstəlikləri, dermatimozoid, sklerodermiya kimi xəstəliklərin fonunda inkişaf edir. Onu əmələ gətirən amillərə stress, həddən artıq soyuma, müxtəlif növ infeksiyalar, endokrin pozulmalar aid edilə bilər.
Reyno xəstəliyinin əlamətləri
Xəstəlik 3 mərhələdə inkişaf edir. Soyuğun, stressin və emosional yükün nəticəsində əllərin qan dövranı pozulur, barmaqlar zəifləyir və keyləşir, iynələnmə və yanma hissi yaranır. Spazma zamanı barmaqlar göyərir. Lakin həmin nahiyənin qızışması nəticəsində əllərin qan dövranı bərpa olunur və yenidən təbii rəngini alır. Bu əlamətlər simmetrik olaraq hər iki əldə əmələ gələ bilər. Bəzi hallarda isə oxşar dəyişikliklər dodaqlarda, qulaqlarda, burun ucunda da yaranır. Xəstəlik nəticəsində orqanlarda qan dövranının pozulması ilə trofik yaralar da əmələ gələ bilər.
Reyno xəstəliyindən qorunmaq üçün mütləq şəkildə əlləri həddən artıq soyumaqdan qorumaq, alkoqoldan, narkotikdən və kofein tərkibli içkilərdən, həmçinin də damarları çıxan preparatlardan imtina etmək məsləhətdir. Yaxşı olardı ki, əlcəkdən istifadə edəsiniz.
Arzu
Medicina.az