Əllərdə olan döyənəklərdən və suluqlardan necə yaxa qurtarmaq olar? - 6 təbii vasitə

  • 2019.01.21 14:54
  • 10195 Baxış
Əllərdə olan döyənəklərdən və suluqlardan necə yaxa qurtarmaq olar? -   6 təbii vasitə

 

Əllərdə əmələ gələn döyənək əsasən dərinin nazik hissələrində yaranır. Çox yazı yazan və fiziki işlə məşğul olan şəxslərin əllərinin sürtünən hissələrində suluqlar əmələ gələrək, daha sonra döyənəyə çevrilir. Bu suluqlar ağrı verərək narahatlıq yaradır və əmək qabiliyyətini məhdudlaşdırır. 


Medicina.az əllərdə əmələ gələn suluq və döyənəklərdən ev şəraitində qurtulmağın yollarını açıqlayır.


1) Ən yaxşı üsul döyənəyin üzərinə limon qabığı qoyaraq bağlayıb gecədən səhər qədər saxlamaqdır.  Ehtiyac varsa proseduru 1 həftə boyu etmək olar. 


2) 2 ç/q balı 1 ç/q sürtgəcdən keçirilmiş soğanla qarışdırın. Əmələ gələn qarşımı 2 saat boyunca suluğun üzərində saxlayın. 


3) Suluğun üzərinə kəsilmiş aloe yarpağı qoyun. Üzərini bağlayın ki, yarpaq qurumasın. 


4) Sarımsağı əzərək zeytun yağı ilə qarışdırın. Qarışımı 1 saat müddətinə döyənəyin üzərinə qoyaraq bağlayın. 


5) Çiy kartofu sürtgəcdən keçirərək 1-2 saat müddətə suluğun üzərində saxlayın. 


6) Əllərinizdə qanayan göyənəklər varsa, o zaman, üzərinə brillant yaşılı çəkin. Daha sonra üzərinə alma sirkəsində isladılmış soğan dilimi qoyaraq 40 dəqiqə saxlayın. 


Arzu

Medicina.az