BölmələrRU
Xidmətlər
 

Ekonomik ampullar sağlamlıq üçün təhlükəlidir – XƏBƏRDARLIQ

Elektrik qənaəti üçün istifadəsi getdikcə artan ekonomik lampalar sağlamlıq üçün ciddi təhlükə olduğu məlum olub.
 
Medicina.az moderator.az-a istinadən xəbər verir ki, bu barədə türkiyəli mütəxəsislər xəbərdarlıq edib.

Təhlükənin əsas mənbəyi isə lampaların tərkibində olan 5-mq civə buxarıdır. Bu lampalar sınan zaman tərkibindəki civə ev şəraitdə dərhal buxarlanır və tənəffüs yollarında alzaymır, immun sistem problemləri, böyrək funksiyasının pozğunluqları kimi bir çox sağlamlıq problemlərinə səbəb ola bilər. 

Mütəxəssislərin sözlərinə görə ekonomik lampaların hər birinin tərkibində civənin 5-mq olduğu halda bir neçəsi sınan zaman daha çox təhlükə saçdığını bildiriblər. Əgər lampalar sınarsa dərhal evin pəncərələrin açmaq və bir neçə dəqiqə otaqdan kənar dayanmaq lazımdır. Daha sonra parçalanan lampanın böyük hissələrini əlcəklə yığmaq və quru dəsmal ilə yerdə qalan şüşələri silmək lazımdır.