Əkiz övladlarını itirən ana KOMADAN AYILMADI - VİDEO

  • 2017.11.21 10:21
  • 18606 Baxış
Əkiz övladlarını itirən ana  KOMADAN AYILMADI - VİDEO
Noyabrın 20-si səhər saatlarında Abşeron xəstəxanasında doğuş zamanı iki əkiz övladını itirən ana da günorta saatlarında dünyasını dəyişib.

 

Medicina.az xəbər verir ki, Report-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində yerləşən Abşeron Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində baş verib.


1995-ci il təvəllüdlü Tapdıqlı Aytac Qorxmaz qızı komadan ayılmayıb. Qadının meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.


Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.