BölmələrRU
Xidmətlər
 

“Duzlu göl”də şəfa tapmaq olarmı? - Reportaj

Hövsan qəsəbəsində yerləşən Duzlu gölün ətrafında antisanitar vəziyyətin hökm sürdüyü ilə bağlı mətbuatda dəfələrlə yazılar dərc edilib. Vəziyyətin bir o qədər ürək açan olmamasına rəğmən bura şəfa tapmaq üçün gələnlərin sayı kifayət qədərdir.

Lider TV-nin Duzlu göldən hazırladığı reportajda  qeyd olunur ki, duzlaşma, revmatizm, sinir, oynaq ağrıları, nevrid və başqa bir çox xəstəliklərinin müalicəsində məsləhət görülən Duzlu göldə abadlıq işləri aparılmayıb. 

Buraya müalicəyə, dincəlməyə gələnlərin zəruri ehtiyacları üçün şərait yoxdur. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Raqub Mirzəyev bildirib ki, ərazi mütəmadi olaraq yoxlanılır: "Gölün daxilində insanların səhhəti üçün təhlükə yaradacaq maddə yoxdur, oraya çirkli su axımır”. 

R. Mirzəyev həm də deyib ki, Duzlu gölün müalicəvi əhəmiyyəti varsa, onun ətarfındakı müəsissələr qanunvericiliyə əsasən fəaliyyət göstərməlidir. Lakin təəssüflər olsun ki, o ərzinin ayrı-ayrı şəxslər öz maraqları üçün istifadə edirlər”.