Düzgün bişirilməyən balıqdan insana keçən qurdlar - Uzanıb 10 metrə çatırlar

  • 2018.07.09 19:22
  • 21945 Baxış
Düzgün bişirilməyən balıqdan insana keçən qurdlar -  Uzanıb 10 metrə çatırlar
Dünyada, xüsusən Rusiyada 2017-ci ildə balıqlarda tapılan canlı parazitar qurdların rast gəlinmə faizi 1,5 faiz artıb. Balıqlarda ən çox rast gəlinən helmintozlar – opistorxoz, klonorxoz, difillobotrioz, anizakidozdur.


İnsan balıq və balıq məhsulu düzgün termiki və kulinar işlənmədən keçmədikdə onda olan parazitlərlə yoluxa bilər. 

Balıq yaxşı bişirilməyibsə, qızardılmayıbsa, marinadı düzfün olmayıbsa, bişməsində düzgün vaxt seçilməyibsə, düzgün saxlanmayıbsa , o zaman balıqdan parazitə yoluxacağınıza hazır olun. 


Opistorxoz qurdunun uzunluğu 2 sm-dir, yastıdır. MDB ölkələrində çox yayılıb. Karp balıqları və çiy balıq məhsulu yedikdə insana keçir. 

2017-ci ildə 18 775 insanda bu helmintə yoluxma aşkar olunub. Orqanizmə düşdükdən sonra qurd öd axarları, öd kisəsi və mədəaltı vəzə keçir. Xəstəlik özünü 15 gün sonra biruzə verə bilər. 


Əsas əlamətləri: tərləmə, hərarət, əzginlik, titrətmə, qarında ağrı, kolik, diareya, astmatik bronxit. 

Çox vaxt pankreatit, diskineziya, xolesistit ilə kəskinləşir. Bu qurd insan bədənində uzun illər yaşaya bilir. Məhz bu qurd qaraciyərin nadir xərçənginə səbəb ola bilər. 


Balıqdan orqanizmə keçən qurdların düzgün diaqnoz yolu nəcis analizi və nəcisdə qurdun yumurta və sürvələrinin aşkar olunmasıdır. Bu isə yoluxmadan 4-5 həftə sonra mümkündür. 


Ümumiyyətlə, balıqdan keçən qurdlar insan orqanizmində 10 illərlə yaşayıb, çoxala bilər və çoxsaylı öd, mədə-bağırsaq, qaraciyər xəstəliklərinin səbəbi ola bilər. Difillobotrioz adlı qurd isə böyüyüb, uzunluğu 10 metrə kimi çata bilər.