“DUZDAĞ” FİZİOTERAPİYA MƏRKƏZİ (Naxçıvan)

  • 2018.09.03 16:16
  • 21243 Baxış
“DUZDAĞ” FİZİOTERAPİYA MƏRKƏZİ (Naxçıvan)

Naxçıvanda yerləşən "DUZDAĞ” mağarası bütün dünyada çox məşhurdur. 

Fizioterapiya mərkəzi olan bu mağara Naxçıvan Muxtar Respublikasında dəniz səviyyəsindən 1173 metr hündürlüyündə yerləşir. Azərbaycanın Naxçıvan şəhərində 1979-cu ildən fəaliyyət göstərirlər. Xəstəxananın yeraltı şöbəsi Naxçıvan şəhərindən 12,2 km aralıda yerləşir. Yeraltı şöbə duz mədənində II əsas dağ sexində, girişdən 300 metr məsafədə, 110 metr dərinlikdə 9 işlənmiş ştrixdə yerləşir. Şəhər Mərkəzindən Duzdağ Fizioterapiya Mərkəzinə - 9.8 km-dir, Xəstəxana ilə Duz mədən arası məsafə isə - 2.4 km-dir.


Naxçıvan Fizioterapiya Xəstəxanasında xəstələr ən əvvəl 2-3 gün xəstəxana ərazisində adaptasiya olunurlar. Bundan sonra saat 1800-dan - 800-a qədər, böyüklər 20-24 seans, uşaqlar isə 14-18 seans yeraltı şöbədə olurlar. Bu müddət xəstəliyin ağırlığından, yanaşı gedən xəstəliklərdən, ümumiyyətlə səhhətinin vəziyyətindən asılı olaraq dəyişilə bilir. Müalicə başa çatdıqdan sonra böyüklərdə 65-70%, uşaqlarda isə 80-85% yaxşılaşma qeyd olunur. Xəstələr şaxtaya getməklə bərabər, lazım gələrsə bəzi dərman preparatları, fizioproseduralar, müalicəvi bədən tərbiyəsi, döş qəfəsinin masajları və s. alırlar. Naxçıvan Respublika Fizioterapiya xəstəxanasının müalicəvi təsiri, digər Duz şaxtalarından üstünlüyü ondadır ki, şaxta horizontal yerləşdiyindən xəstələr yeraltı şöbəyə adaptasiya olaraq girirlər. Xəstəxanada yeraltı şöbənin işlənmiş şahmatvari ştrixlərində ventilyasiya təbiidir, yəni havanın axın sürəti 0-0,1m/san yaxındır. Şaxtada təbii yüksək disperli Na+CI+ ionları sabitdir. Mikrob cisimləri şaxtada çox azdır. Xəstəxananın yerləşdiyi sahə ekoloji cəhətdən yüksək təmizliyə malikdir. Buna görə şaxtada zəhərli qazlar (metan qazı) ümumiyyətlə yoxdur.

 

Naxçıvan Respublika Fizioterapiya xəstəxanasında spleoterapiya kursu keçmək üçün göstəriş və əks göstərişləri tərtib edilmişdir.

Spleoterapiya almaq üçün aşağıdakı göstəriş və əks göstərişlər vardır:

 

Göstərişlər


Predastma

Bronxial astma I mərhələ, infeksion-allergik və atopik formalı yüngül, orta ağır dərəcəli

Bronxial astma I mərhələ, tənəffüs çatişmamazlığı l-ll mərhələ, ürək çatışmamazlığı I mərhələ.

Bronxial astma I mərhələ, yanaşı xroniki qeyri-obstruktiv bronxit və xroniki pnevmoniya l-ll mərhələ (remissiya fazası).

Xroniki bronxit astmatik komponentlə remissiya fazası.

Allergik rinosinusopatiyalar.

Pollinozlar.

 

Əks göstərişlər


Bronxial astma II mərhələ.

Bronxial astma I mərhələ ağır gedişli, diffuz pnevmoskleroz, tənəffüs çafmamazlığı III mərhələ, ürək çatmamazlığı III mərhələ.

Bronxoektaziya xəstəliyi.

Ağ ciyərlərin absesi və qanqrenası.

Ağ ciyərlərin vərəmi (bütün forma və mərhələlərdə).

Qan dövranının çatmamazlığı III mərhələ.

Ürək qüsurları subkompensasiya və dekompensasiya fazası.

Hipertoniya xəstəliyi III mərhələ.

Mədə və 12 barmaq bağırsağın yara xəstəlikləri.

Tireotoksikoz.

Böyrək daşı xəstəliyi.

Anemiyalar.

Şəkər xəstəliyi ll-lll mərhələ (İnsulindən asılı olan)

Nisbi əks göstərişlər

Yuxarı və aşağı ətrafların olmaması.

Enurez.

Xroniki poliartritlər.

Burun boşluğunun anatomik dəyişiklikləri (polip, adenoidlər)

Xroniki hepatoxolesistitlər.


Yaxşılaşma uşaqlarda 4-cü, 5-ci günü qeyd edilir. Böyüklərdə isə bir qədər fərqlidir. Belə ki, xəstəliyin gedişindən asılı olaraq bir qrupunda yaxşılaşma iki həftədən sonra, bəzilərində müalicənin axırında, bəzilərində isə yaşayış yerinə gedəndən 15-30 gündən sonra qeyd edilir. Bronxial astmalı şəxslərdə spleoterapiyadan sonra boğulma tutmalarının sayı azalır və ya kəsilir; quru öskürək azalır və ya bəlğəmli öskürəklə əvəz olunur; yuxuları yaxşılaşır (gecə boğulma tutmaları azalır və ya kəsilir), təngənəfəslik azalır; qanda leykositlərin və eozonofillərin artmış miqdarı azalır; bəlğəmdə eozonofillər azalır; eritrositlərin çökmə sürəti normaya düşür və ya azalır; ağ ciyərlərin bir dəqiqəlik tənəffüsü azalır; bronx yolları təmizlənir (xəstələr havanı daha rahat alırlar); nəbzləri normallaşır və ya taxikardiya narahat etmir; sistolik və diastolik təzyiq nisbətən aşağı düşür (şaxtanın hipotenzif təsirini qeyd etməmək mümkün deyil). Elektrokardioqrammada yüksəlmiş T dişinin amplitudası nisbətən azalır. Qanın plazmasında sərbəst histaminin miqdarı azalır; histaminaza isə artır; histidindekorboksilaza azalır; nisbətən çox itirilmiş kalium bərpa olunur; kalsiumun və natriumun artmış miqdarı aşağı düşür. Bronxial astmalı xəstələrdə terapevtik effekt şaxtanın xüsusi mikroklimatı, allergenlərin olmaması (allergen-allergik reaksiyaları törədən bir faktordur), havada aerozol şəkildə Na+ və Cl+ ionlarının olması nəticəsində yaranır. Daimi barometrik təzyiqin nəticəsində allergik iltihaba reflektorik təsir göstərilir. Allergik reaksiyaların zənciri qırılır və nəticədə kliniki, biokimyəvi effektlər yaranır.