Duz mağaralarında müalicə - Haloterapiya hansı xəstələrə lazımdır

  • 2018.08.04 18:26
  • 13086 Baxış
Duz mağaralarında müalicə -  Haloterapiya hansı xəstələrə lazımdır
Duz – təbiətin həkimi hesab olunur. Duz mağaraları qədimdən olub və bu günə kimi yaxşı saxlanılıb. 

İndiyə kimi müasir tibb də bir çox xəstələr üçün duz mağaralarını müalicə mənbəyi kimi təyin edir. 

Haloterapiya hələ qədim yunan dövründən var. Mənası duzla müalicə deməkdir. 


Artıq uzaq ölkələrə gedib, duz mağarası axtarmağa gərək yoxdur. Bir çox sağlamlıq mərkəzləri və kurortlarda xüsusi duz blokları olan yerlər hazırlanıb. 

 


Kimlərə haloterapiya uyğundur:


Duz buxarı ilə nəfəs almaq əsasən bu xəstələrə dərman müalicəsi ilə yanaşı lazımdır:


-Bronxial astma – yüngül mərhələdə

-Xroniki, allergik bronxit

-Xroniki haymorit

-Frontit

-Dəri problemləri:  furunkulez, ekzema, akne

-Hipertoniya

-Bəzi allergiyalar

-Depressiya, əsəb və nevrozda

-Qrip və viruslardan qorunmaq üçün orqanizmi möhkəmlətmək üçün


Duz mağarası və ya otaqlarında müalicə ildə 2 kurs aparılmalıdır. 1 kurs 10 gündür. Kursu və vaxtı həkim diaqnoza əsasən təyin edir. 


Duz mağarasında düzgün nəfəs almaq vacibdir. Bunun xüsusi texnikası var: tənəffüs sakit, dərin, rahat olmalıdır. 


Evdə duzla tənəffüs


Hazırda satışda xüsusi duz lampaları var. Onlarla evdə müalicə və profilaktika etmək olar.  Bu lampalar otağın havasını da yaxşılaşdırır, havanı gümüş, xlor ionları ilə zənginləşdirir. Duz lampası sinir sistemini sakitləşdirir, baş ağrılarını azaldır, tənəffüsü yaxşılaşdırır. Düzdür, bu lampanın təsirini duz mağarasının gücü ilə müqayisə etmək olmaz. 

Haloterapiya uşaqlar üçün də faydalıdır. Tez-tez xəstələnən, qrip olan, öskürən, hiperaktiv və allergiyalı uşaqlara bir neçə kurs müalicə etmək olar. 


Kİmlərə olmaz:

Duzla müalicənin faydalarını bilib, özbaşına müalicə almaq üçün duz mağarasına getmək olmaz. Çünki duz mağarası vərəm, bədxassəli şişlər, pnevmaniya, qanaxması, hərarəti olan, ağır ürək çatışmazlığı, narkotik istifadəçisi, ağır hepatit xəstələrinə olmaz. Hamilələrə qəti qadağandır. Bir də arıqlamaq istəyənlər üçün də uyğundur, çünki duz havası alarkən maddələr mübadiləsi güclənir və artıq çəki azalır.

Duz mağaralarında müalicə -  Haloterapiya hansı xəstələrə lazımdır