BölmələrRU
Xidmətlər
 

Dünyaya gəlməyə tələsən körpələr… - Yarımçıq doğulanlar hansı xəstəliyə düçar olur?/ Mütəxəssis rəyləri-FOTO

"Adətən körpələr 38-42-ci həftələrdə doğulur. 37-dən aşağıda doğulan körpələr erkən doğulan uşaqlar qrupuna aiddir. Uşaq nə qədər erkən doğularsa, ona bir o qədər diqqətli baxım lazımdır”.

Bu sözləri Medicina.az-a açıqlamasında pediatr Xəyalə Quliyeva deyib. Həkimin sözlərinə görə, belə uşaqların kilosu, çəkisi və nevroloji inkişafı normal doğulana nisbətdə zəif olur. Yaxşı qidalandırılaraq boy, çəki normal doğulan uşaq vəziyyətinə çatdırılsa da ola bilsin ki, psixamator inkişaf 2-3 yaşına qədər gəlib normaya çatsın:

"Uşaq 32-ci həftədə doğulubsa normal doğum 40 hesab olunduğu üçün 40-32=8 edir... Yəni uşaq 8 həftə geri qalmış olur. Biz həkimlər belə hesablayırıq. Elə hallar olur ki, valideynlər uşaqlarının niyə normal doğulan uşaqlar kimi olmadığını soruşurlar. Düşünməlidirlər ki, yarımçıq doğulubsa onların hər dövrü daha gec olacaq. Valideynlərin o dəqiqə narahat olmağına ehtiyac yoxdur”. 
 


Pediatr yarımçıq doğulan uşaqlarda yarana biləcək problemlərdən də danışıb.

"Tənəffüs sitemində, görmə, eşitmə funsksiyalarında problem yaşana bilər. Erkən doğulanlarda anemiya riski var. Bunun üçün belə uşaqlara  D vitamini və dəmir preparatları daha erkən başlamalıdır. Yarımçıq doğulanlar ev şəraitində də daha diqqətli baxılmalıdır. Çünki onlar infeksiyalara daha həssasdır. Otaq temperatur 22-24 dərəcə olmalıdır. Bəzən onlar zondla yedizdirilməli olurlar. Çünki erkən doğulduqları üçün onlarda əmmək refleksi tam olmadığından istər butulkadan, istərsə də ana döşündən yemək yeyə bilməyəcəklər”.
 


Tibb üzrə fəlsəfə doktoru Ruziya Hüseynova Medicina.az-a uşaqların yarımçıq doğulmasının səbəblərindən danışıb:

Ginekoloqun sözlərinə görə, uşaqlıq boynu çatmazlığı (istmiko sevikal çatmazlıq), uşaqlıqda olan patologiyalar (düyün, çapar, ikibuynuzlu uşaqlıq və s.); hormonal çatmazlıq, qeyri-düzgün hayat tarzi, qeyri düzgün qidalanma və s. hallar hamiləliyin yarımçıq sonlandırılmasına səbəb olur.
 
"Yeni doğulmuş körpəyə  reanimasion tədbir görülürsə, bu, patologiyanın dərin olduğu anlamına gəlir”, - deyə R.Hüseynova qeyd edib.
 
Qeyd edək ki, noyabrın 17-si Beynəlxalq Vaxtından Qabaq Doğulmuş Uşaqların Günü qeyd edilir. Həmin gün 2009-cu ildə Yeni Doğulmuş Uşaqlara Nəzarət üzrə Avropa fondunun təşəbbüsü ilə təsis edilib. 
 
Şəhanə Quliyeva